Maaşı az olanlara mühüm XƏBƏR
Minimum əmək haqqının artırılması cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olan mühüm iqtisadi hadisələrdən biridir. Belə hallarda ən çox diqqət çəkən məqamlardan biri digər vətəndaşların, xüsusilə də orta və aşağı gəlir qruplarına daxil olan şəxslərin əmək haqlarında artımların olub-olmayacağıdır.
KONKRET.az xəbər verir ki, Millət vəkili Vüqar Bayramov baku.ws-ə açıqlamasında bildirib ki, minimum əmək haqqı həm dövlət, həm özəl sektorda çalışan vətəndaşların məvaciblərinin yeni minimum əmək haqqı səviyyəsinədək artırılmasını nəzərdə tutsa da, vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşların maaşlarında da artımlar olacaq:
"Çünki minimum əmək haqqı məbləği vahid tarif cədvəlində maaş alan vətəndaşlarımızın əmək haqlarına da təsir göstərir. Hazırda 19 pillə üzrə vahid tarif cədvəli ilə dövlət məsrəfində çalışan, dövlət qulluqçusu olmayan vətəndaşlarımızın dörd pillə üzrə maaşları 400 manatdan azdır. Yəni həmin vətəndaşlarımızın maaşları minimum əmək haqqı səviyyəsinə çatdırılacaq. Eyni zamanda bu digər pillələr üzrə artımlarla müşahidə olunacaq.
Məhz Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı artımları ilə bağlı qərarın verilməsi və vahid tarif cədvəlinə uyğun dövlət müəssisələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əmək haqlarının artırılacağı həyata keçiriləcək. İlkin gözlənti ondan ibarətdir ki, minimum əmək haqqının artırılması təxminən 700 min vətəndaşımızın əmək haqlarında artımlarla müşahidə olunacaq".
Xidmetler [newsid: 0-123300]

Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu