Maaşlar ARTIRILIR: Kimə nə qədər artacaq? - RƏSMİ AÇIQLAMA
"Gəlirlər artdığı üçün büdcəyə yenidən baxılıb. Eyni zamanda dövlət büdcəsində əməkhaqlarının artımı nəzərdə tutulub".
azxeber.com xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, hökumət xüsusilə aztəminatlı ailələrin inflyasiyadan çox təsirlənməməsi üçün addımlar atacaq. Onlardan biri də sosial paketin qəbuldir:
"Proqnozlaşdırılan inflyasiya mövcuddur və əməkhaqlarının artımında nəzərə alınıb. Xüsusilə təqaüdçülər, pensiya alanlar, həssas kateqoriyadan olan insanlara inflyasiya təsir etməsin deyə məsələ daim diqqətdə saxlanılır və əməkhaqları artırılır. Bildiyiniz kimi 2022-ci ilin dövlət büdcəsi proqnozlaşdırılanda Ukrayna-Rusiya müharibəsi yox idi. Ona görə də müharibənin olacağı və təsirləri nəzərə alınmamışdı. Elə məhsullar var ki, ölkəmizin daxili tələbatını ödəyə bilmir və onu məcburən digər ölkələrdən alırıq. Bu da yüksək iflyasiyanın ölkəyə daxil olmasını göstərir. Dövlət tərəfindən subsidiyların, güzəştli kreditlərin verilməsi, sahibkarlara dəstək olunması, eyni zamanda digər güzəştlər inflyasiyanın təsirini azaldan amillərdir. Proqnozlaşdırılan inflyasiyanın təsirlərini aradan qaldırəlması üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub".
A.Hüseynov "aztəminatlı və sosial vəziyyəti aşağı olan ailələrə yenidən 190 manatlıq yardım verilə bilərmi" sualını belə cavablandırıb:
"Pandemiya dövründə verilən 190 manatla bağlı məsələnin mahiyyəti bir az fərqli idi. Karantin dövründə iş yerləri bağlı olduğu, əhalin heç yerdən gəliri olmadığı üçün aztəminatlı ailələrə 190 manta məbləğində maddi yardım edildi. Həmin vaxt iqtisadi fəallıq özü də aşağı idi. Ona görə də dövlət bu sosial paketi həyata keçirdi. Hazırda əhalinin həssas təbəqəsi üçün başqa formada dəstək nəzərdə tutulur".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var