Madonna Londondakı şousuna görə 300 min funt sterlinq cərimələnə bilər
Madonna Londondakı şousuna görə 300 min funt sterlinq cərimələnə bilər
Amerikalı müğənni Madonna Londonda konsert zamanı komendant saatını pozduğuna görə 300 min funt sterlinq cərimələnə bilər.
Məsələ burasındadır ki, İngiltərədə saat 22:30-dan sonra konsert fəaliyyətlərini məhdudlaşdıran kifayət qədər ciddi komendant saatı tətbiq edilir. Bu tədbir ziyarətçilərin ictimai nəqliyyata çata bilmələrinin təmin edilməsi üçün tətbiq edilib.
Müğənni ifasına axşam saat doqquzda başlamalı idi və proqramı həyata keçirməyə vaxt tapa bilərdi, lakin o, gecikib. Nəticədə, yuxarıda qeyd olunan vaxtdan sonra şounu davam etdirib və saat 23:00-da bitirib. Bu səbəbdən sənətçi "Celebration", "Like A Virgin" və "Holiday" hitlərini ifa edə bilməyib.
Qeyd edək ki, Böyük Britaniyada komendant saatı pozulduğu təqdirdə hər dəqiqə üçün 10.000 funt sterlinq cərimə nəzərdə tutulur. Britaniya mediası yazır ki, konsert yarım saat gecikib. Buna görə də Madonnanın 300 min funt sterlinq məbləğində cərimə ödəmə ehtimalı var.
Mənbə: mir24.tv

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu