Magistraturaya qəbul imtahanı keçirildi

Magistraturaya qəbul imtahanı keçirildiDövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.
Bu barədə azxeber.com-a DİM-dən bildirilib.
İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 21926 bakalavr ərizə təqdim edib. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar olunub. 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar. Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır. Bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərinizə çatdırırıq.
Fevralın 17-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Mərkəzin saytına yerləşdiriləcək.
İmtahanda iştirak edənlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) da sabah DİM-in internet saytının "Xidmətlər" bölməsində > "E-xidmətlər" > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > "Test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə biləcəklər. (Xidmətə keçid: .

Sosial       Tarix: 17 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari cəbhədən xəbər az xeber gunun xeberleri