Mahir Emreli zəif çıxış edən futbolçulardan ibarət rəmzi komandaya salındı
Polşa Ekstraklasasının ilk yarısında zəif çıxış edən futbolçulardan ibarət rəmzi komanda açıqlanıb.
KONKRET.az xəbər verir ki, "Polskapilka" nəşrinin versiyasına əsasən, "11-liy"ə "Legiya"da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli də düşüb.
24 yaşlı hücumçu sorğuda 10 səs toplayan yeganə oyunçudur. Emrelinin bəzi qarşılaşmalarda 100 faizlik qol şanslarından yararlana bilmədiyi, bəzən isə zərbələrinin dirəkdən qayıtdığı vurğulanıb.
Nəşrə görə, forvard avrokuboklarda Varşava təmsilçisinin qol silahı olsa da, daxili çempionatda kölgədə qalıb: "Mahir Emrelinin 36 zərbəsindən 12-si çərçivəyə düşüb. O, 15 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu "Legiya"nı çox erkən tərk edə bilər. Ölkə çempionu futbolçunun satışından çox pul qazanmalı idi. Yəqin ki, bu, gerçəkləşməyəcək. Son aylar onun sərgilədiyi oyundan daha çox əyləncə məkanlarına qatılması danışılıb. Klubdan ayrılmaq üçün yaxşı vaxtdır".
Turlar.az [newsid: 0-123300]

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir