Mahir Emrelinin "Qarabağ"a qayıdışı məsələsi qapanıb? - Qurban Qurbanov danışdı

Mahir Emrelinin "Hazırlığımız pis alınmadı. Toplanışı iki hissəyə böldük, birincisi Bakıda, ikinci hissəsi Avstriyada baş tutdu. Futbolçulardan razı qaldım. Çox həvəsli idilər. Bəlkə bir oyun da əlavə keçirsəydik, daha yaxşı olardı".
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi brifinqdə deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln" barədə danışarkən deyib ki, indiki komanda ötən il məğlub etdikləri rəqibdən fərqlənir: "Ötən illə müqayisədə rəqibin heyətində dəyişikliklər var. Əsas heyətdə 5 yeni oyunçu çıxış edir. Oyun sistemlərini daha da yaxşılaşdırıblar. "Linkoln" bərk komandadır. Süni örtüklü meydanda oynayırlar. Bu isə bizim üçün o qədər də xoş olmayacaq. Keçən il də səfət matçında çətinliklə üzləmişdik. Kənardan sanki rəqibə rahat şəkildə qalib gələcəyimiz görünürdü. Tam əksi oldu. Çox çətinlik çəkdik. Matça ciddi yanaşmalıyıq. Rəqib bunu tələb edir".
Qurbanov qapı xətti barədə bunları söyləyib: "Şahruddin komandaya bir az gec qoşuldu, hələ tam hazır deyil. Buntiç isə yaxşı adaptasiya keçdi. Hazırlığı da pis deyil. Ümumən qapıçılardan razıyam".
"Qarabağ"ın çalışdırıcısı tansfer çalışmalarının davam etdiyini vurğulayıb: "Oyuna hazırlaşmaqla bərabər, transfer işlərimizi də davam etdiririk. Oyunçulara baxırıq, bəzilər ilə, eləcə də klubları ilə danışıqlar aparırıq. Bu, ilboyu gedən prosesdir".
O, əsasən hücum xəttini gücləndirmək istədiklərini söyləyib: "Eləcə də müdafiə xətti üçün də axtarışlarımız davam edir".
Qurbanov "Linkoln"un üstünlüyünün rəsmi oyun keçirmək olduğunu qeyd edib: "Bizdən fərqli olaraq onlar 2 rəsmi oyun keçiriblər. Bu, onlar üçün avantajdır. Amma biz də hazırıq".
"Mahir Emreli məsələsi "Qarabağ" üçün qapanıb, yoxsa hələ onun qayıtma ehtimalı var?" sualını Qurbanov belə cavablandırıb: "Qapanıb demək düzgün olmazdı. Amma danışığımız da olmayıb. Mahirin "Qarabağ"a geri qayıtması ilə bağlı danışıq aparmamışıq".
Q.Qurbanov digər avrokubok təmsilçilərimizə də uğurlar arzulayıb: "Avrokuboklarda hər bir qələbə, mərhələ adlamaq bizim üçün çox vacibdir. Xüsusilə də, bu vaxtlarda. Ölkə və klub reytinqi, təcrübə qazanmaq, azarkeşləri stadiona cəlb etmək baxımından. Hər bir komandamıza inanıram, güvənirəm. Onlara uğurlar arzulayıram. İnanıram ki, həm "Sumqayıt", həm "Sabah" öz uğurlu oyunları ilə yaxşı nəticələr əldə edəcəklər. "Zirə"nin "Şerif"lə oyununa toxunsaq, qalibiyyət onların tərəfində idi. Amma bir anda hər şey dəyişdi. Halbuki ikinci mərhələnin bir addımlığında idilər. Elə bu oyun digər klublarımıza da böyük inam verdi ki, hər bir rəqibə qarşı oynamaq olar".
O, "Neftçi"nin Roman Qriqorçuk, "Turan Tovuz"un isə Kurban Berdıyevlə anlaşmasına normal yanaşdığını bildirib: "Xoş gəliblər. Hər birinə uğurlar arzulayıram. Dəyişikliklər oldu. Həm məşqçilər, həm klublar, həm də azarkeşlər üçün faydalı olar. İşimiz çox olacaq".
Mütəxəssis Kadi Borgesin "Qarabağ"a keçidinin alınmamasına da toxunub: "Krasnodar"ın mövqeyini normal qarşıladım. Baxmayaraq ki, xeyli danışıqlar getdi. Məncə, hər bir detala toxunmağa ehtiyac yoxdur. Sadəcə belə hallar olur. Qarşıda bəlkə daha da fərqli hallar olacaq. Bəzən ortaya fərqli fikirlər çıxır. Dünya futbolunda da görürsən ki, hamı oyunçunun bir komandaya keçidini gözləyir, amma son anda keçid baş tutmur. Düzü, heç də kədərlənmədim. Hər bir şeydə xeyir var".

İdman       Tarix: 22 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Sneyder bu kluba baş məşqçi təyin olundu

Niderland millisinin sabiq futbolçusu Vesli Sneyder məşqçilik karyerasına başlayıb. xəbər verir ki, bu barədə "VI.nl" məlumat yayıb. O, ölkəsinin 9-cu liqasında çıxış edən "Eminent Boys"un baş məşqçis

13-cü dəfə Avropa çempionu oldu

Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb. xəbər verir ki, noyabrın 7-dən 14-dək təşkil olunan WAKO versiyası üzrə qitə birinciliyind

FİFA prezidentinə namizəd onlardır

FİFA təşkilatın prezidenti vəzifəsinə üç namizəddən ibarət siyahını açıqlayıb. xəbər verir ki, bu barədə FİFA-nın mətbuat açıqlamasına istinadən "Match TV" məlumat yayıb. Namizədlər bunlardır: hazırkı FİFA prezident

Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu

Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Belçikaya 1:2 hesabı ilə məğlub olub. KONKRET.azxəbər verir ki, qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən qarşılaşma İzmirdə baş tutub. Türkiyə millis

Millətlər Liqası: Türkiyə Belçikaya qarşı

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, I qrup. 21:00. Türkiyə – Belçika;. 23:45. İtaliy

Lukaku millidəki karyerasını başa vurdu

"Fənərbağça" klubunun futbolçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 33 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, milli komandada keçirdiy

Yağışa görə bu oyun təxirə düşdü

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" – "Marafon" qarşılaşması təxirə salınıb. PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadə

Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu

Səudiyyə Ərəbistanı Pro Liqasının IX turunda "Əl-Əhli" və "Əl-Nəsr" komandaları üz-üzə gəliblər. xəbər verir ki, Ciddə şəhərindəki "Kral Abdullah Sports Siti" stadionunda keçirilən qarşılaşm

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda metbuat sonxəbərlər valyuta məzənnələri