Mahir qol vurdu, komandası qalib gəldi
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
KONKRET.az xəbər verir ki, komanda "Astana"nın (Qazaxıstan) qonağı olub. Görüş Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir meydana start heyətdə daxil olub. O, 24-cü dəqiqədə fərqlənib. Emreli 78-ci dəqiqədə Yosip Drmiçlə əvəzlənib.
Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə rəqibini darmadağın edib – 4:0. "Dinamo" növbəti mərhələdə Yunanıstan AEK-i ilə üz-üzə gələcək.
2 avqust
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
18:00. "Astana" (Qazaxıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) – 0:2
Qollar: Mahir Emreli, 24, Antonio Marin, 89
İlk oyun – 0:4

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi