"Makkabi"nin baş məşqçisi: "Sabah" çox yaxşı komandadır
"Sabah" çox yaxşı komandadır.
KONKRET.az xəbər verir ki, bunu "Makkabi"nin (Hayfa, İsrail) baş məşqçisi Barak Baxar UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah"la cavab matçı sonrası mətbuat konfransında deyib.
44 yaşlı çalışdırıcı məğlubiyyətə görə məyus olduqlarını söyləyib:
"Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Rəqibi təbrik edirəm. Qarşılaşmanın taleyini dəyişmək istəsək də, bu alınmadı. Komandamın üzvləri sona qədər mübarizə apardılar. "Sabah" çox yaxşı komandadır".
Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Sabah" doğma meydanda "Makkabi"yə 3:6 hesabı ilə uduzub. İlk görüşdə Bakı komandası 3:0 hesabı ilə qalib gəldiyindən qalib penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq oynayan "bayquşlar" (3:2, pen) növbəti mərhələyə adlayıb.

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi