Makron və "ERMƏNİ TIRKASI": Deyin ki, sən NAPOLEON deyilsən - ŞƏRH

Makron və Öyrəşdiyi göy rəngdən çıxıb erməni mavisinə boyanmaqda olan Fransanın 11 siyasətçisi Makrona məktub yollayıb. "Le Monde" qəzetində dərc olunan açıq məktub Makrona çağırışdan ibarətdir:
– Ermənistanı protektoratlığa götürmək;
– Azərbaycana hücum etmək.
KONKRET.az xəbər verir ki, fransız siyasətçilərin Azərbaycana hücum istəyi Qarabağın zəbti ilə bağlıdır. Məktubu imzalayanlara gəlincə:
1. Fransa Respublika Partiyasının prezidenti Erik Çotti;
2. Fransa Sosialist Partiyasının baş katibi, deputat Olivye For;
3. Birləşmiş Demokratik və Müstəqil Partiyasının prezidenti, senator Erve Marsel;
4. Fransa Kommunist Partiyasının baş katibi Fabyen Russel;
5. Senatın Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsinin sədri Kristian Kambo;
6. Senatda Respublikaçılar fraksiyasının sədri Bruno Ratayo;
7. Senatda Kommunistlər fraksiyasının sədri Elian Asassi;
8. Senatda Ekologiya komitəsinin sədri Giyom Qontar;
9. Senatda Ekoloji Sosialist fraksiyasının sədri Patrik Kanner;
10. Senatda Fransa-Ermənistan Dostluq Qrupunun sədri Jilber-Lük Devinaz;
11. Senator Pyer Uzuliya.
Qeyd edək ki, məktubu yazanlar Azərbaycanın Qarabağ İqtisadi Rayonundakı qondarma rejimə – "arsax"a müstəqillik tələb edənlər, bədnam qətnaməni qəbul edən siyasətçilərdir. Onlar Fransa hökumətindən "arsax"ın dövlət kimi tanınmasını tələb etmişdilər. O ki qaldı məktuba:
– Ermənistan təhlükəsizliyinin təminatı;
– Qarabağın Azərbaycan suverenliyindən çıxarılması;
– Ermənilərin 30 illik işğal dövründə törətdiyi cinayətlərdə Azərbaycanın günahlandırılması. Daha dəqiq desək, guya ki, Xocalıda soyqırımı onlar yox, biz etmişik;
– Azərbaycanla yeni müharibə üçün İrəvana yardım;
– Bakının rəsmi mühakiməsi;
– Avropa İttifaqı və ABŞ sanksiyalarının Azərbaycana tətbiqi;
– Beynəlxalq Cinayət Məhkəməsində Azərbaycana BMT sülhməramlılarının göndərilməsi tələbi;
– Separatçıların Xankəndidə qanunsuz tikdiyi hava limanının açılışı;
– Qarabağ hava məkanının Azərbaycan üçün bağlanması.
"Milçəyin bir mahiyyəti olmasa da, ürək bulandırar" məsəlini Pekresdən tutmuş Makronacan son Fransa prezidentliyinə namizədlərin hamısına aid etmişik. Lakin bu deyim bütövlükdə Fransaya aid edilə bilməz. Çünki simvolu xoruz olanların ölkəsi Avropanın ən güclü 4 dövlətindən biridir. Nüvə ölkəsi və NATO üzvüdür. BMT TŞ-nın 5 daimi üzvündən biridir. Gorbagor ATƏT-in Minsk Qrupunda 3 həmsədr ölkə siyahısına daxil olub. Avropa İttifaqının hazırkı "polojeniyası"na fransızlar baxır desək, yanılmarıq. Hitler Almaniyasından sonra Avropada Britaniyaya dirəniş göstərmək gücündə olan yeganə dövlətdir. Bakının ən mərkəzi hissəsində səfirliyi var, Azərbaycanın da Fransada səfirliyi mövcuddur. Etiraf etmək lazımdır ki, Makron Fransası aşkar ermənipərəst siyasət nümayiş etdirir. Bununla belə, rəsmi Bakı Parisin vasitəçiliyi, İrəvanın da təmsil olunduğu üçtərəfli görüşlərə etiraz etmir. Makron dekabrın 23-də Prezident İlham Əliyevə zəng vurub Laçın yolundakı giley-güzarı ilə bağlı danışıb. Lakin bir gün sonra – dekabrın 24-ü Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik etməyib. Düzü, Azərbaycan rəhbəri üçün xalqın təbriki əhəmiyyətlidir. Bu isə bütün coşqu ilə hiss olunub. Həm də Makron-Paşinyan bacıları eyni çəkidədir, bir bezin qırağıdırlar deyə, onlardan təbrik gəlməsə, yaxşıdır. Sadəcə, başqa reallıq da odur ki, Bakı sülhə nail olmaq istəyir. Buna görə də Fransa və Rusiyanın vasitəçilik davası fonunda keçirilən görüşlər, Vaşinqtonun sülh təklifi müzakirələrindən imtina etmirik. Sülh istəyiriksə, masaları dəyişməli olacağıq. Düzdür, ATƏT-in Minsk Qrupu ləğv olunsa da, sülh müqaviləsinə vasitəçilik uğrunda mübarizə yenə həmin ölkələr arasında gedir. Sanki sülh müqaviləsi Ermənistanla Azərbaycanın barışığı yox, hər iki respublikanın bu 3 dövlətdən hansının təsirinə düşməsidir.
Bəlkə də elə buna görə, fransız siyasətçilər Şaxta baba boxçasından çıxacaq Buratino boyda Makronu Napoleon Bonapart zənn ediblər. Bricitin ağıllı "balaşka"sı qılınclanıb Qarabağa hücum edəcəkmiş. Heç olmasa, qalxan götürsün ki, Azərbaycan əsgərini görəndə "uşağam, qarda sürüşməyə gəlmişdim" bəhanəsi olsun. Müqəvva rolunu oynayan aktyorluqdansa, yazıçılığı olsaydı, Aleksandr Düma kimi bunu da Qarabağa buraxardıq. Üç muşketyorla yekunlaşdıraq və keçək 11 siyasətçinin məktubunu təkzib etməyə:
– Ermənistan təhlükəsizliyi Rusiya və KTMT nəzarətindədir. Yəni Makron ikinci Boradino yaşamaq istəmirsə, Rusiya ilə İrəvan müharibəsinə girməz;
– Qarabağın Azərbaycan suverenliyindən çıxarılması Fransanın BMT-dən çıxarılması ilə eyni məna daşıyır. Çünki Azərbaycan BMT səviyyəsində tanınmış sərhədlərini bərpa edir. Buna zidd çıxmaq, beynəlxalq normalara hörmətsizlikdir;
– Ermənilərin törətdiyi cinayətləri bizim üstümüzə yıxmaq cəhdi gülüncdür. İndi 1915-ci il deyil ki, bizi də Osmanlı kimi soyqırımda şərləmək istəyəsiniz. Audiovizual dəlillərimiz də kifayət qədərdir;
– Azərbaycanla yeni müharibə üçün İrəvana yardım silah yox, şəxsi heyət göndərməklə mümkün ola bilər. Çünki erməni ordusu məhv edilib və 44 günlük savaşda fransalı muzdluların iştirakı da qeydə alınıb;
– Bakının rəsmi mühakiməsi bölümünə rəy kimi onu qeyd edə bilərəm ki, məhkəmələrdən, hərbi tribunaldan ermənilər qorxur. Çünki milyardlarla dollar (100 milyarddan çox) təzminatı onlar ödəməlidir;
– Avropa İttifaqı və ABŞ-ın Azərbaycanı sanksiyalar atəşinə tutmasına əsas yoxdur. Həm Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin təminatında pay sahibidir;
– Qarabağ hava məkanının Azərbaycan üçün bağlanmasını tələb edən fransız siyasətçilər əvvəlcə Ermənistan hava məkanını bağlasınlar.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 28 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumat son xəbərlər bugün 2026 xeber bugun xeberler