Manat risk altına düşə bilər - Devalvasiya ilə bağlı MÜHÜM PROQNOZ
Son dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslər, enerji bazarlarındakı dəyişikliklər və qlobal maliyyə riskləri fonunda Azərbaycanda manatın sabitliyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Bəs hazırkı şəraitdə ölkədə devalvasiya təhlükəsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatında devalvasiya riskinin yaranmasını şərtləndirən ciddi amillər müşahidə olunmur.
"Azərbaycan iqtisadiyyatı üçün hazırda devalvasiya riski və ya devalvasiyanın baş verəcəyini göstərən əsaslı səbəblər yoxdur. Devalvasiya riskinin yaranması üçün xarici valyuta ehtiyatlarının azalması, valyuta bazarında tələbin təklifi üstələməsi kimi hallar müşahidə edilməlidir. Hazırda isə belə bir vəziyyət yoxdur", – deyə ekspert vurğulayıb.
G.Hüseynova qeyd edib ki, dövlət büdcəsinin əsas hissəsinin neft gəlirləri hesabına formalaşdığı Azərbaycan kimi ölkələrdə devalvasiya riski daha çox enerji daşıyıcılarının qiymətlərində uzunmüddətli və kəskin enişlər zamanı meydana çıxır.
"Əgər neft qiymətlərində ardıcıl və ciddi azalma baş verərsə, bu, ölkənin valyuta gəlirlərinə təsir göstərə bilər. Lakin hazırkı şəraitdə belə bir riskdən danışmaq üçün əsas yoxdur", – deyə o, bildirib.
Ekspert əlavə edib ki, bu, gələcəkdə devalvasiyanın tamamilə istisna edilməsi anlamına gəlmir.
"İstənilən ölkədə olduğu kimi, büdcə kəsirinin artması, idxalın ixracı üstələməsi, xarici ticarət balansında mənfi tendensiyaların yaranması və ya qlobal iqtisadi böhranların baş verməsi devalvasiya riskini artıran əsas amillərdir. Belə hallarda milli valyutanın məzənnəsinə təzyiqlərin yaranması qaçılmaz ola bilər", – deyə Günay Hüseynova fikrini yekunlaşdırıb.
Aynurə İsmayıl
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?