"Manatla bağlı qərar verilə bilər" - Natiq Cəfərlidən DEVALVASİYA XƏBƏRDARLIĞI

Yaxın aylarda Azərbaycanda növbəti devalvasiyanın olacağı ilə bağlı xəbərlər yayılır. Bu iddialar nə dərəcədə doğrudur? Yaxın zamanlar üçün Azərbaycan manatını hansısa təhlükə gözləyirmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, ticarət və tədiyyə balansında müsbət saldonun azalması manatın dəyərdən düşməsi və ya devalvasiyaya səbəb ola bilər:
"Son aylarda ölkənin tədiyyə balansında azalmaların olduğunu görürük. Ölkənin satdığı malla aldığı mal arasında kifayət qədər fərq yaranıb. Adətən ili 7-8 milyard dollarlıq müsbət saldo ilə bağlayırdıq.  Elə il olurdu ki, ili hətta 10-12 milyard dollarlıq müsbət saldo ilə başa vururduq. Neft hasilatının azaldılması, qaz qiymətinin gözləntilərdən aşağı səviyyədə olması ilə əlaqədar ölkəyə valyuta daxilolmaları azalıb. Ona görə də, həm ticarət, həm tədiyyə balansında müsbət saldo müşahidə olunmur".
Ekspert hesab edir ki, bütün bunlar nəzərə alınarsa, manatın devalvasiyası, yaxud dəyərdən düşməsi ilə bağlı qərar verilə bilər:
"Ola bilər ki, bu, heç bu il baş verməsin. Çünki bu ilin sonuna qədər prosesi müəyyən dərəcədə idarə etməyə ehtiyyatlar var. Gələn il belə bir qərarın verilmə ehtimalı isə kifayət qədər yüksəkdir. Çünki, Azərbaycanda neftin hasilatında ciddi artım olacağı proqnozlaşdırılımır. Beynəlxalq təşkilatlar da Azərbaycanda hasilatın azalacağını proqnozlaşdırır. Belə bir şəraitdə manatla bağlı qərar verilə bilər. Bizdə inzibati məzənnə rejimidir, yəni proses bazar tərəfindən tənzimlənmir. Ona görə də, devalvasiya ehtimalı kifayət qədər yüksəkdir".
Natiq Cəfərli xatırladıb ki, məzənnəyə 10 ildən bir edilən dəyişikliklərlə dollar ehtiyatları qorunur:
"Azərbaycanda 2005-2015 -ci illərdə sabit məzənnə rejimini gördük, 1 dollar 78-79 qəpik idi. Bu 10 il çəkdi. 10 ildən sonra 3 pilləli devalvasiya oldu. İndi 2025-ci ildə yenə həmin 10 illik müddət tamamlanır. Belə bir ehtimal var ki, hökümət 10 ildən bir məzənnədə müəyyən dəyişiklik etməklə dollar ehtiyyatlarını qorumağa çalışır".
İqtisadçının sözlərinə görə, Azərbaycanda dolların məzənnəsi dəyişərsə, bu, məhsul və xidmətlərdə qiymət artımı ilə müşaiyyət olunacaq:
"Biz idxaldan asılı ölkəyik. Bir çox məhsulları xaricdən alırıq. Dolların məzənnəsi dəyişsə, Azərbaycanda qiymətlərin növbəti artım dalğasına şahidlik edəcəyik. Ərzaq məhsullarının 74%-ə yaxınını xaricdən alırıq. Təbii ki, belə olan halda qiymət artımı qaçılmaz olacaq. Amma elə məhsullar var ki, həmin məhsul üzrə idxaldan az qala 100% asılıyıq. Məsələn, dərman preparatlarından 96 faizlik asılılıq var, cəmi 4 faiz yerli istehsaldır. Bu o deməkdir ki, xaricdən gətirilən dərmanların qiymətində kəsin artım ola bilər. Televizor, paltaryuyan, soyuducu və digər məişət texnikaları üzrə idxaldan asılılığımız 100 faizdir. Həmin məhsullarda da ciddi qiymət artımı olacaq. Həmçinin avtomobillərin və onların ehtiyyat hissələrində qiymət artımı kəskin ola bilər".
Aygün Mirakif
KONKRET.az

Sosial       Tarix: 10 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV"nin efirində yayımlanan "Aktual Gündəm" verilişinin qonağı olub. xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsir

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi

Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi

Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd


azerbaycan xeberleri yeni xeberler son xeberler sou biznes son.xabar sonxabar az valyuta mezennesi 2026