"Mançester Siti" qələbə qazandı, "Çelsi" heç-heçə etdi
Dekabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunun növbəti oyunları keçirilib.
Publika.az xəbər verir ki, "Mançester Siti" səfərdə "Nyukasl Yunayted" komandasının qonağı olub. Görüş Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:4. Pep Qvardiolanın yetirmələrinin heyətində Ruben Dias, Joao Kanselo, Riyad Mahrez və Rahim Sterlinq fərqləniblər.
Günün digər görüşü ötən tur liderliyini əldən verən "Çelsi" və "Volverhemton" komandaları arasında baş tutub. Gərgin keçən qarşılaşmada hesab açılmayıb. London təmsilçisi ardıcıl iki turdur qələbə qazana bilmir.
Gecənin ən maraqlı görüşü "Tottenhem" və "Liverpul" komandaları arasında baş tutacaq. Həmin görüş Bakı vaxtı ilə 20:30-da start götürəcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında XVIII turun 4 oyunu koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
"Sautgempton" - "Brentford", "Uotford" - "Kristal Pelas", "Vest Hem" - "Norviç" və "Everton" - "Lester" görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq.
Xatırladaq ki, daha əvvəl "Börnli" - "Uotford", "Tottenhem" - "Lester Siti" və "Mançester Yunayted" - "Brayton" matçları eyni səbəbə görə təxirə düşüb.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?