"Mançester Siti"nin sahibi finalı prezident Ərdoğanla birlikdə stadiondan izləyəcək
"Mançester Siti"nin sahibi Mənsur bin Zayed Çempionlar Liqasının finalı üçün İstanbula gələcək. Zeyid finalı prezident Ərdoğanla birlikdə stadiondan izləyəcək.
KONKRET.az xəbər verir ki, möhtəşəm final matçını stadiondan izləmək üçün İstanbula gələnlər arasında milyonlarla turistlə yanaşı önəmli şəxslər də var. İstanbulda keçiriləcək finala Körfəz ölkələrinin milyarderləri 200 şəxsi təyyarə ilə gələcək. Prezident Rəcəb Tayyib Ərdoğan, İngiltərə finalçısı "Mançester Siti"nin sahibi Mansur Bin Zayed və Körfəz ölkələrinin milyarderləri matçı stadiondan izləyəcəklər. Digər tərəfdən, bu adların İstanbula gəlişi üçün təxminən 200 şəxsi təyyarə istifadə ediləcək.
"Mançester Siti" şənbə günü İtaliyanın "İnter" komandasına qalib gəlsə, tarixində ilk dəfə Çempionlar Liqasının çempionu olacaq. "İnter" isə 2009/2010 mövsümündə "Nəhəng Liqa" çempionluğu sevincini yaşayıb. Madriddə oynanılan finalda İtaliya təmsilçisi Dieqo Militonun 2 qolu ilə "Bavariya"nı məğlub edib. "İnter" bu mövsüm Çempionlar Liqasının finalına çıxana qədər qrup mərhələsi istisna olmaqla, "Porto", "Benfika" və "Milan"ı növbə ilə turnirdən kənarlaşdırıb. "Mançester Siti" isə "Leyptsiq", "Bavariya" və "Real Madrid"i mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Digər tərəfdən, "Mançester Siti"nin gənc hücumçusu Erlinq Haaland hazırda 12 qolla Çempionlar Liqasının bombardiridir.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi