"Mançester Yunayted"in əfsanəvi futbolçusu Bakı Olimpiya Stadionunda - FOTO
AVRO-2020-nin A qrupunda Türkiyə və İsveçrə seçmələrinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir.
Publika.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Guiyn Hughes, Təhlükəsizlik departamentinin rəisi Grant Ashton Briggs və kit menecer David Tudor Griffithsin daxil olduğu nümayəndə heyəti fevralın 24-də stadionlara baxış keçirib, infrastrukturla yaxından tanış olub.
Bakı Olimpiya Stadionunda olduğu zamanı baş məşqçi R.Giqqz bir sıra yerli klubların aşağı yaş qruplarından ibarət komandalarının futbolçularına avtoqraf verib, onlarla söhbət edib və xatirə şəkilləri çəkdirib.
Daha sonra AVRO-2020 ilə əlaqədar yaradılmış Yerli Təşkil Komitəsinin ofisində qonaq olan R.Giqqz ardınca Könüllülər Mərkəzində könüllülərlə görüşüb.
Qeyd edək ki, Uels millisi iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə milli komandalarına qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır