MAQATE-nin ekspert qrupu Tehrana gəldi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) beş nümayəndəsindən ibarət ekspertlər qrupu İranın üç obyektində zənginləşdirilmiş uran hissəciklərinin mənşəyinə dair araşdırma aparmaq üçün Tehrana gəlib.
KONKRET.azxəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyəti İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyi ilə danışıqlar aparacaq.
Təşkilatın nümayəndəsinin sözlərinə görə, səfər zamanı tərəflər İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) nəzərdə tutulan öhdəliklərini yerinə yetirməsi məsələlərini müzakirə edəcək.
Dekabrın 14-də İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib ki, MAQATE nümayəndələri yaxın vaxtlarda Tehrana səfər edəcəklər.
Qeyd edək ki, MAQATE-nin baş direktoru Rafael Qrossi noyabrın 10-da Vyanada İran tərəfi ilə danışıqların heç bir nəticə vermədiyini bildirib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı