Mariya Stadnik karyerası ilə bağlı qərarını açıqladı

Mariya Stadnik karyerası ilə bağlı qərarını açıqladı"Tokio-2020" Yay Olimpiya Oyunlarından qayıtdıqdan sonra karyeramı davam etdirmək barədə qərar verdim".
KONKRET.az xəbər verir ki, bunu titullu güləşçimiz Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) saytına müsahibəsində deyib.
Güləşçi bildirib ki, bütün yaxınları və dostları ona çox inanırlar:
"Oğlum güləşlə məşğul olmağımı istəyir, çünki çox güclü olduğumu deyir. Çox istərdim, beşinci Olimpiya medalımı qazanım. Hər bir Olimpiya medalının mənim həyatımda öz yeri və mənası var. Hər biri keçilən uzun yolun və əziyyətin bəhrəsidir.
İldə 4-5 turnirdə iştirak etmək mənim üçün çox rahatdır. Paris Olimpiadasına hazırlıq zamanı yeganə problemim bədənimin məşqlərə necə təsir göstərməsi ola bilər. Həmin enerjini düzgün istifadə etmək üçün mənim təcrübəm böyükdür. Ümid edirəm ki, bunun öhdəsindən gələ biləcəyəm", – deyə M.Stadnik müsahibəsində qeyd edib.
UWW materialda M.Stadnikin "Paris-2024" Yay Olimpiya Oyunlarında medal qazanacağı təqdirdə, qadın güləşi tarixində yeni rekorda imza atacağını açıqlayıb. Belə ki, hazırda Olimpiya Oyunlarında qızıl medal qazanan ən yaşlı qadın güləşçisi adı yaponiyalı Kaori İçoya məxsusdur. Güləşçi 2016-cı ildə Rioda təşkil olunan Olimpiadada qızıl medal qazananda 32 yaş, 2 aylığında olub. M.Stadnik isə "Paris-2024"də çıxış edəcəyi zaman 35 yaş, 8 aylığında olacaq.

İdman       Tarix: 12 yanvar 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberleri xəbərlər.com dunya xeberleri hava