Mariya Zaxarova:" Ermənistanın mövqeyi çaşdırıcıdır"
Rusiyadan olan jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına Ermənistanın reaksiyası çaşdırıcıdır.
KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: "Biz həmişə ermənilərdən eşitmişik ki, Ermənistan söz azadlığına sadiqdir, ona görə də İrəvanda reaksiya çaşdırıcıdır. Rusiya Federasiyasının rəsmi mövqeyi İrəvana məlumdur. Rusiya ardıcıl olaraq üçtərəfli saziş əsasında bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasından danışır. Bu mövqe açıq şəkildə ifadə olunub". Zaxarova qeyd edib ki, Qərbin təsiri altında erməni tərəfinin üçtərəfli işçi qrupu çərçivəsində işi səngiyib: "Əminik ki, qrup daxilində tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası təkcə Cənubi Qafqaz regionunda nəqliyyat-kommunikasiya sisteminin bərpasına töhfə verməyəcək, həm də bütün regionun gələcək sosial-iqtisadi inkişafını təmin edəcək". Zaxarova vurğulayıb ki, Rusiya bu problemin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.
Vəli Həsənoğlu,
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var