Marşrut avtobusu sərnişinləri sonuncu dayanacağa qədər aparmır' - ŞİKAYƏT
Bakı şəhər sakinləri 36 nömrəli marşrut avtobusunun sonuncu dayanacağa - metronun "Ulduz" stansiyasına qədər getməməsindən şikayətçidirlər.
azxeber.com xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən avtobus dəfələrlə sərnişinləri Ziya Bünyadov prospektində mağazanın qarşısında düşürüb və yenidən birinci dayanacağa qayıdıb.
Sakinlər qeyd ediblər ki, sxem üzrə avtobus sonuncu dayanacağa qədər getməlidir, buna baxmayaraq sürücü sərnişinləri yolun yarısında endirərək mənzil başına çatdırmır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, AYNA tərəfindən daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına ciddi riayət edilməsi və sürücü barədə tədbir görülməsi ilə bağlı tapşırıq verilib. Məsələ nəzarətə götürülüb.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA