Mədəniyyətimiz bazar olub, kim nə istəyir, satır' - Xalq artisti

Mədəniyyətimiz bazar olub, kim nə istəyir, satır' - Xalq artisti"İndi mədəniyyətimiz sanki bazardır. Hərə öz malını satmaq üçün piştaxtaya çıxardır. İzləyici də nəyi istəyir, onu alır. Bir musiqi ilə ki, rəqs edirsən, o musiqiyə qiymət qoyulmur".
azxeber.com xəbər verir ki, bu sözləri dünya şöhrətli Xalq artisti Alim Qasımov deyib.
Sənətkar bildirib ki, müasir dövrdə musiqi bazar kimi formalaşıb və buna görə də bayağılığın qarşısını almaq çətinləşib:
"İndi mədəniyyətimiz, musiqimiz elə bir həddə çatıb ki, meydana çıxan mahnıların qarşısını təəssüf ki, almaq olmur. Sanki mədəniyyətimiz bir bazardır və hər kəs öz malını satmağa çalışır. Dinləyici də zövqünə uyğun nəyi istəyir, onu alır, dinləyir. Təəssüf ki, biz bunun qarşısında aciz qalmışıq. Zövqlər müxtəlif olduğu üçün mən bu məsələyə qiymət vermək istəmirəm. İndi zəmanə dəyişib, dövran gənclərindir, cavanlarındır. Əsas məsələ budur ki, insanlığı və mənəviyyatlarını unutmasınlar".
Alim Qasımovun sözlərinə görə, mədəniyyətimizdə yaranan bayağılıq sosial şəbəkələrdən gəlir:
"Bu kimi halların yayılmasında səbəb internetin yaranması və sosial şəbəkələr oldu. Orada çox vaxt keçirən insanlar həvəssiz və hövsələsiz oldular. Heç kəs sakit oturub 20-30 dəqiqə muğama qulaq asmaq istəmir. Qaçırlar 2-3 dəqiqəlik əyləncəli mahnılara. Bu səbəbdən toylarımızda da bu kimi bayağı musiqilər var. Təbii ki, bu bizim üçün bayağı sayılır, bunun da sevəni, dinləyəni, rəqs edəni var. Bir musiqi ilə ki, rəqs edirsən, o musiqiyə qiymət qoyulmur. Onu dinləmək, anlamaq, qulaq asmaq lazımdır, oynamaq yox".
///primetime.az

Şou Biznes       Tarix: 17 iyun 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi

"Friends" serialının ulduzu Metyu Perrinin bacısı Mia Perri Bouik aktyorun ölümündən sonra ilk dəfə müsahibə verib. "Netflix"in aktyor haqqında hazırladığı sənədli filmin treylerində Mia qardaşının asılılıql

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler sonxəbər iqtisadiyyat xeberleri bugun sonxeber az