Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: "Veqanlar üçün braunilər və avokado tartaletləri" - FOTO

Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: Bakıda, Xəzər dənizinin sahilində, mənzərəli dəniz qəsəbəsi olan "Sea Breeze Resort"un ərazisindəki "Nine Senses" incəsənət mərkəzində yerləşən "Vida Cafe" restoranında Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyeva və baş aşpaz Metin Kadıkın "Şirin, amma şəkərsiz" adlı birgə kitabının təqdimatı olub.
Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: Kitab kağız və elektron versiyada olmaqla dörd dildə - Azərbaycan, rus, ingilis və türk dillərində nəşr olunub.
Bütün insanların, o cümlədən özlərinin sağlamlığının qayğısına qalan müəlliflər sağlam inqrediyentlərə əsaslanan və təbii dadlandırıcıların istifadə olunduğu reseptlər təklif edirlər. Elə reseptlər ki, çox vaxt yalnız peşəkar kulinariya mütəxəssislərinə məlumdur.
Media.Az Türkiyə, Dubay və Banqkokdakı restoranların mətbəxlərinə rəhbərlik edən, tanınmış aşpaz Metin Kadıkdan müsahibə alıb. Hazırda o, Azərbaycanda yaşayır və işləyir, "Vida Cafe Baku" restoranında baş aşpaz kimi fəaliyyət göstərir.
- Metin bəy, nə qədər müddətdir Bakıda çalışırsınız?
- Son iki ildir. Bütün bu müddət ərzində mən sağlam yeməklərin hazırlanması üzrə ixtisaslaşıram. Çox zəngin milli mətbəxin olduğu Azərbaycanda buna nail olmaq asan deyil. Lakin mövsümi meyvə və tərəvəzlərin böyük çeşidi sayəsində biz bununla bağlı nəticə əldə edə bilirik. Ona görə də hazırladığım yeməklərdə məhz mövsümi məhsullardan istifadə etməyə, mümkün qədər emal olunmuş qidalardan uzaq durmağa çalışıram.
Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: - Leyla Əliyeva ilə tanışlığınız necə olub?
- Leyla xanımla məni bir araya gətirən məhz düzgün qidalanma mövzusu oldu. Sağlam və balanslaşdırılmış qidalanma onunla daim müzakirə etdiyimiz mövzulardır. Sağlam qidalanmağa həsr olunmuş kitab ərsəyə gətirmək ideyası da belə yarandı.
Biz istədik ki, hər kəs üçün əlçatan olan reseptləri paylaşaq, həmçinin yeməklərin hazırlanması üçün istifadə olunan inqrediyentləri tapmaq asan olsun və hər kəs onları öz evində bişirə bilsin.
Mən bu restoranın baş aşpazı kimi hər bir yeməyə xüsusi qayğı və diqqətlə yanaşmağa, boşqabda sənət əsəri yaratmağa çalışıram.
Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: - Leyla xanımın ən çox sevdiyi yeməklər barədə danışa bilərsinizmi?
- Leyla xanım sağlam və balanslaşdırılmış qidalanmaya böyük diqqət yetirir. Onun sevdiyi yeməklərdən danışsaq, bunlar mövsümi meyvə-tərəvəzlər əsasında hazırlanan yeməklərdir.  
- Bəs şirniyyat necə?
- Leyla xanım da hamı kimi, şirniyyatı çox sevir, lakin şəkərsiz desertlərə üstünlük verir. Onun ən çox sevdiyi şirniyyata gəlincə, bu, yəqin ki, veqanlar üçün brauni və avokado tartaletləridir.
Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: - Bəs öz sevimli yeməkləriniz barədə nə deyə bilərsiniz? Milli mətbəximizdən nələrə üstünlük verirsiniz?
- Mən düşbərəni, turşuları və müxtəlif plov növlərini sevirəm. Həmçinin Türkiyədə vərdiş etdiyim yeməklərin bir az fərqli də olsa, Azərbaycanda hazırlandığını görmək mənə çox xoşdur.
Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: / azxeber.com

Sosial       Tarix: 10 may 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri hava proqnozu son xeberler bu gun son.xabar