"Məğlub olsaq, uğursuzluq sayılması doğru deyil" - Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşacaq.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhrəmov adına respublika stadionunda keçiriləcək görüşdən öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
O bildirib ki, heyətdə zədə və ya hər hansı problem yoxdur:
"Heyətimizdə hər şey qaydasındadır. Bu bizim üçün vacib və dəyərli oyundur. Çox danışmaq istəmirəm. Fikrimizi rəqibə yönləndirmişəm. İlk oyunun nəticəsi bizi aldatmalı deyil. Bakıda səliqəli və diqqətli olmalıyıq. Sırf bu oyuna köklənmişik. Ümid edirəm ki, Bakıda daha soyuqqanlı olacağıq. Sabaha qədər vaxtımız var. Əlimizdə şans varsa, həmin şansdan istifadə etmək istəyirik".
– Rəqib komandanın rəhbərliyi komandaya tələb qoyub ki, mərhələ adlamalısınız. Bu psixoloji amilin "Qarabağ"a nə qədər təsiri var?
– Bu gözlənilən tələbdir və başqa cür ola da bilməz. "Braqa" böyük klubdur və onların şansı növbəti mərhələyə keçmək üçün daha çox idi. Mən bunu gözləyirdim. Düşünmürəm ki, bu komandama təsir etsin. Məğlub olmaqları o demək deyil ki, rəqib zəifdir və ya güclü. Futbolçularımla söhbətimiz də oldu ki, Bakıda daha ciddi olmalıyıq. Rəqibin sürətli oyunçuları var və hər an sürətli hücumlara keçə bilirlər. Üstəlik, onlar böyük təcrübəyə malikdir. Özümüzü bütün hallara hazırlamışıq.
– Azərbaycanda futbolun yaşı 100-dən çoxdur. Builki uğurlar daha böyükdür. Deyə bilərik ki, sabahkı matç Azərbaycan futbolunun Avropada təsdiqi üçün vacibdir?
– Bugünkü nəticələrə baxsaq, onu düşünə bilərik. Azərbaycan futbolunda elə durumdur ki, Avropada istənilən qalibiyyət bizim üçün önəmlidir. Stabil olmaq üçün bu vacibdir. Elə oyunlar var ki, onlarda qələbə futbolçular və azarkeşlərin inamı üçün olmalıdır. Bunu böyük uğur adlandırmaq olar. Amma belə düşünsək, yerində sayarıq. Hər il bir addım qabağa gedəndə yaxşı motivasiya yaranır. Uğurlar qazananda təkcə azarkeşlərin yox, dövlət qurumlarının da diqqəti futbola yönəlir. Çox istəyirəm ki, daim böyük komandalar bura gəlsin. Sabah məğlub olsaq da, uğursuzluq saymaq doğru deyil, çünki səfərdə qalib gəlmişik. Deməli, özümüzü təkmilləşdirsək, daha yaxşısını edə bilərik.
– Oyunla bağlı çox ehtiyatlı danışdınız, amma 1/8 finala çıxmaq şanslarınız yüksəkdir. Mövsümün əvvəlində bunu təsəvvür edirdiniz?
– Həmişə qarşımıza məqsəd qoyuruq və ona nail olmağa çalışırıq. Uğur qazanmağın yolu bizim çempionatımızdan başlayır. Burada nə qədər uğurlu olsaq, Avropada daha yaxşı oynayacağıq. Mövsümün əvvəlində mütləq bunu edəcəyik deyə bir şey yox idi, amma içimizdə hər zaman inam var idi. Bu gün 1/8 final şansımız var. Bunu bacarmışıq və davam etmək istəyirik. Uğurların əsas memarı futbolçulardır, onlar meydanda əllərindən gələni ediblər. Sabah da meydanda söz sahibi onlar olacaq. Mən sadəcə oyunçularımın yanında durmağa çalışacam.

İdman       Tarix: 21 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər xeber.az bu gun dunya xeberleri