Məhbus özünü güllələdi
Gürcüstada Psixi Sağlamlıq və Narkomaniya ilə Mübarizə Mərkəzində insident yaşanıb.
KONKRET.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Məlumata əsasən, səhər saatlarında növbə dəyişimi zamanı bir nəfər məhbus penitensiar xidmət əməkdaşının silahını anidən götürüb və ona atəş açmağa başlayıb. Odlu silahdan iki dəfə açılan atəş zamanı yaralanan olmayıb. Daha sonra məhkum eyni silahla özünün başına atəş açıb.
Hadisə ilə əlaqədar hüquq mühafizə orqanı əməkdaşları dindirilib, həmçinin müşahidə kameralarına baxış keçirilib. Yaralı məhkum Qafqaz Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 342-ci maddəsinin ikinci hissəsi (sağlamlığa ciddi zərər vurmaqla nəticələnən iş fəaliyyətinə laqeyid yanaşmaq) əsasında istintaq başladılıb.

Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR