Məhəbbət Kazımovun oğlu atasından danışdı: "Ən böyük arzusu Laçına getmək idi

Məhəbbət Kazımovun oğlu atasından danışdı: Məhəbbət Kazımovun oğlu atasından danışdı: "Ən böyük arzusu Laçına getmək idi"
Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib.
Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , "Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillər əzbəridir.
Mərhum sənətkarın anım günü ilə əlaqədar Modern.az onun oğlu Rəşid Kazımovla əlaqə saxlayıb. 
O bu gün ailəsi ilə birlikdə atasının məzarını ziyarət etdiyini deyib: 
"Artıq atamın vəfatından 10 il keçir. Bu gün ailəmizlə məzarını ziyarət etdik. Az öncə qəbir üstündə idik. Baxırıq, sanki dünən olmuş kimi hiss edirik. Onu ziyarətə atamın sənət yoldaşları, başqa qohumlarımız da gəlmişdi. Evdə, iş yerimizdə ehsan süfrəsi açdıq. Atamı yad edən təkcə övladları, yaxınları deyil, həm də onu sevən pərəstişkarlarıdır. 
2014-cü ilin yanvarın 27-də təkcə ailəmiz üçün deyil, bütün Məhəbbəti sevənlər üçün çox çətin oldu. Atam Xırdalan qəbiristanlığında dəfn olunub. Yadımdadır ki, dəfn zamanı onun ölümünü eşidənlər maşınları, avtobusları saxlayıb dəfnə gəlmişdilər. Çox sevilirdi. Atam gözəl ailə başçısı idi. Zamanı olduqca çalışırdı ki, bizimlə vaxt keçirsin. Sərt xarakterli insan olsa da, eyni zamanda çox səmimi insan idi".
Məhəbbət Kazımovun oğlu atasından danışdı: Mərhum sənətkarın oğlu atasının ən böyük arzusundan danışıb:
"Məncə, atamın ən böyük arzusu Laçına getmək idi. O, ömür boyu bütöv Azərbaycan, Qarabağ haqqında düşünüb. Vətənsevər bir insan idi. Laçına getməyi çox istəyirdi. Laçınla bağlı xatirələri yadına düşəndə, kövrəlirdi". 
Rəşid Kazımov bildirib ki, o da Laçına köçüb orada yaşamaq istəyir:
"Nəsil-kökümüz ora gedəcək. Mən burada tək qala bilmərəm. Özümün də ən böyük istəyidir ki, gedib oralarda yaşayım". / oxu.az

Şou Biznes       Tarix: 28 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky


yeni xeberler son xeberler azerbaycan xeberleri maraqlı xəbərlər oxu.az xeberler zelzele bu gunun xeberleri haqqinda melumat