Məhkəmə arvadını döyən vəzifəli şəxslə bağlı qərar verdi

Məhkəmə arvadını döyən vəzifəli şəxslə bağlı qərar verdiBakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qulam Vəlizadənin (şərti) barəsindəki hökmdən verilən verilən zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
KONKRET.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib.İttihama görə, hadisə 08 iyun 2024-cü il tarixdə, saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, Qulam Vəlizadə həyat yoldaşı, zərərçəkmiş Minayə Səlimova (şərti) ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Bu zaman o, əl zərbələri ilə qəsdən qadının bədən nahiyələrindən zərbələr vuraraq, ona sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.
Hadisədən sonra Qulam Vəlizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətdən azad edilib və barəsində cinayət təqibinə xitam verilib. Qərardan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib.
Minayə Səlimova şikayətində qeyd edib ki, təqsirləndirilən şəxs məhkəmə gedişində ona dəfələrlə zəng edərək, birgə nikahdan doğulmuş uşaqlarının xətrinə, onun vəzifəli şəxs kimi gələcəkdə karyerasına zərər dəyməməsi, uşağının onun himayəsində qalması və aliment ödəyəcəyinə, ona vurulan ziyanı ödəyəcəyini bildirib, onunla barışmağı xahiş edib. Qadın da bütün bunlara rəğmən onun verdiyi vədləri qəbul edib və əri ilə barışıb. Minayə də şikayətini geri götürüb. Minayə Səlimovanın sözlərinə görə, təqsirləndirilən şəxs məhkəmə məsuliyyətindən azad olunduqdan bir müddət sonra yenidən ona telefonla zəng edərək ondan boşanmayacağını, uşağı onun əlindən alacağını, aliment verməyəcəyini, təkid etdiyi təqdirdə onu öldürəcəyini deyib.

Hadisə       Tarix: 04 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər bu gunun xeberleri cəbhədən video son xeberler bu gun