Məhsulların rayonlardan ucuz alınıb, Bakıda baha satılmasına səbəb nədir?
Rayonlarda kəndli və fermerlərin məhsullarını ucuz qiymətə satmasına baxmayaraq, paytaxt Bakıda eyni məhsulların daha yüksək qiymətə təklif olunması bazarda qiymət fərqinin yaranmasına səbəb olur. Bu fərq əsasən daşınma xərcləri, vasitəçilərin rolu və satış prosesindəki digər amillərlə əlaqələndirilir.
İqtisadçı ekspert Eldəniz Əmirov azxeber.com-a açıqlamasında deyib ki, bu problemin bir neçə səbəbi var:
"Buna səbəb məhsulun istehsalçıdan bazara, bazardan isə istehlakçıya qədər keçdiyi aqrar tədarük və satış modelindədir. Bu modeldə çoxlu xırda problemlərlə yanaşı, bazara birbaşa təsir edən bir neçə əsas problem də var.
Bunlardan birincisi, topdansatış və paylama kanallarında rəqabətin məhdudluğudur. Belə ki, alternativ satış və paylama platformaları kifayət qədər formalaşmadıqda bazar gücü müəyyən kanallarda cəmlənir".
Ekpsert deyib ki, digər səbəb isə tarladan bazara qədər logistika və əməliyyat xərclərinin yüksəkliyidir:
"İkinci problem, tarladan bazara qədər logistika və əməliyyat xərclərinin yüksəkliyidir. Belə ki, daşınma, saxlanma, sənədləşmə və digər əməliyyat mərhələləri məhsulun son qiymətinə əlavə xərc yaradır.
Üçüncüsü, istehsalçının bazarda qiymət formalaşdırmaq və son istehlakçıya birbaşa çıxış imkanlarının zəifliyidir. Belə olduqda məhsulun yaratdığı əsas dəyərin əhəmiyyətli hissəsi istehsalçıda deyil, aralıq ticarət mərhələlərində formalaşır".
Şahanə Ziyad

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq