Məmmədyarov Firuzca ilə qarşılaşacaq

Məmmədyarov Firuzca ilə qarşılaşacaqAzərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirəcək.
KONKRET.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VI turunda ağ fiqurlarla Alireza Firuzca (Fransa) ilə üz-üzə gələcək.
Məmmədyarov I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub. O, II, III və IV turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib. Təcrübəli şahmatçı hazırda 1,5 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

İdman     Baxılıb: 294   Tarix: 11 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə çalxalanır: 600-ə qədər futbolçu, klub prezidenti dindiriləcək

Türkiyədə 600-ə qədər futbolçu qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaqçərçivəsində dindiriləcək. apa-ya istinadən xəbər verir ki, İnterpol da artıq Türkiyə hüquq-mühafizə orqanlarının apardığı istintaqla maraqlanıb

Arda Gülərə fantastik TƏKLİF: 350 milyon avro, 2 otel, 7 VİLLA

Səudiyyə Ərəbistanının ən güclü klublarından biri olan "Al Hilal", gənc futbolçu Arda Gülər üçün dünya futbol tarixində nadir rast gəlinən təklif hazırlayıb. -a istinadən xəbər verir ki, klub Ardaya illik 350 milyo

"2-3 futbolçu bizi Avropa çempionatına çıxaracaq?"

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah Bakıda İslandiya yığmasını qəbul edəcək. -a istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransınd

Mərc oyunları: Millimizin sabiq üzvü futboldan kənarlaşdırıldı

Azərbaycan millisinin formasını geyinmiş Mərt Çelik futboldan kənarlaşdırılıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Futbolçunun əzalanmasına səbəb mərc oyunları ilə bağl

Toral da millinin heyətindən çıxarıldı

"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, buna səbəb futbolçunun zədələnməsi olub. Qeyd edək ki, Azərbaycan millis

Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəldi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir. xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydəro

Mənə Avropa klublarından maraq ola bilər

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Çelsi" ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb. -a istinadən xəbər verir ki, o, jurnalistlər

"Neftçi" 2500 manat cərimələndi

AFFA İntizam Komitəsi "Neftçi" klubunu cərimələyib. KONKRET.azxəbər verir ki, buna Misli Premyer Liqasının X turunda "Kəpəz"lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub. "Ağ-qaralar"

Olimpiya çempionumuz finala çıxdı

VI İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir. xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev yarımfinal mərhələsində bəhreynli Səid Sadrudinovla qarşılaşıb


yeni xeberler azerbaycan xeberleri son xeberler gunun xeberleri sonxabar şou biznes xəbərləri xəbər