"Mən də Qarabağ müharibəsi veteranıyam" – Siyavuş Novruzov

"Qazinin intihar etməsi Azərbaycanın hər bir vətəndaşını narahat edir. Özünü yandıraraq intihar edən qazimiz Elvin Cəfərova, şəhidlərimizə Allah rəhmət eləsin, qalanlara da sağlam can versin. Onların çəkdikləri əziyyət, torpaqlarımızın azad olunmasında göstərdikləri qəhrəmanlıqlar xüsusilə dövlətimiz, hər bir vətəndaşımız tərəfindən qiymətləndirilir, bundan sonra da qiymətləndiriləcək. Qazilərimizə hansı güzəştlər edilməsi lazımdırsa, bu, dövlət tərəfindən müəyyən olunub. Qanunvericiliklə də hər biri təsdiqlənib. Söhbət icradan gedir. Nəyinsə düzgün olmaması və ya yanlış yanaşma forması belə problemlərə gətirib çıxara bilər. Artıq hadisə olub. Hüquq-mühafizə orqanları məsələni araşdırır. İstintaqın gedişatına hər hansı bir təsir göstərmək olmaz. Təqsirkar kimdir, səbəb nədirsə, nəticələr ortaya çıxdıqdan sonra, təbii ki, məsələyə hüquqi qiymət verilər". 
Bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.   
Deputat qazilərlə bağlı yaranan problemlərdə, intihar hallarının çoxalmasında məmurların günahlandırılmalarına da münasibət bildirib:   "Bilirsiniz, problemə yanaşmanın müxtəlif formaları var. Bu, bütün müharibələrdən sonra yaranan bir sindromdur. Əfqanıstan, Vyetnam, Çeçenistan, Birinci Qarabağ müharibəsindən sonra da belə hallara rast gəlinib. Yəni bu, ümumi müharibə sindromudur. Müharibə istənilən insan üçün çox çətindir. 18 yaşında bir gənc döyüş zamanı yanında hərbçi dostunu, yoldaşını itirir, qan, yaralı, ölü görür...   Ona görə də bütün bunlar onun psixologiyasına ciddi təsir göstərir və bu hal insan psixologiyasında uzun müddət davam edir. Birinci Qarabağ müharibəsi veteranıyam. Ona görə bu şeyləri çox yaxşı başa düşürəm. Müddət, zaman lazımdır ki, bu hal keçsin. Hər hansı ani bir hadisə qazilərin psixologiyasına ciddi təsir edir.   Bu gün Heydər Əliyev Fondu, ayrı-yarı strukturlar tərəfindən qazilərimizin müalicəsi ilə bağlı kifayət qədər işlər həyata keçirilir. Heydər Əliyev Fondu Türkiyədən psixoloqlar gətirmişdi. 70-ə yaxın psixoloq Azərbaycanda 1 ildən artıq qazilərimiz, onların ailələri, şəhid ailələri ilə bağlı iş apardı. Hesab edirəm, bu, davamlı olmalıdır. Kiminsə laqeydliyi nəticəsində qazilərimizin intihar halları baş verirsə, dərhal bu, aradan qaldırılmalıdır". /// pravda.az

Sosial       Tarix: 14 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler beynelxalq bank mezenne xəbər az xəbər.az