"Mən heç kimi qorxutmağa çalışmamışdım" - "Rakuv"un baş məşqçisi

Polşanın "Rakuv" klubu Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.
KONKRET.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Çestohova təmsilçisinin baş məşqçisi David Şvarqa jurnalistlərin suallarını cavablandırıb:
– Bu gün burada olmağımıza şadıq. İki eyni gücə malik komandanın qarşıdurmasıdır. Hər iki komanda özünəməxsus oyun stilinə malikdir. İlk matçda rəqibi daha yaxından tanıdıq. "Qarabağ"ın potensialını bilirik. Yetərincə hazırlaşmışıq və sabah  "Rakuv"un oyununu göstərməyə hazırıq. Hansı ki, biz bunu hər yerdə göstərmişik.
– Sabahkı ilk oyundakı üstünlüyü qoruyub-saxlamağa çalışacaqsız, yoxsa qələbə qazanmaq istəyirsiz?
– Əlbəttə ki, Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır. Təbii ki, diqqətimizdədir ki, bir top fərqi ilə qalib gəlmişik. Amma sabahkı matçda qələbə qazanmağa çalışacağıq.
– Penaltilər seriyasına hazırlaşmısız?
– Çempionlar Liqasındakı bütün mərhələlərdə penaltilərə də hazırlaşırıq. Sabahkı oyunun gedişatı bunu göstərəcək. Biz ümumiyyətlə bu cür matçlara kompleksli yanaşırıq. Təbii ki, penaltilərə də hazırlaşırıq. Qapıçımızdan, onun qapını necə qorumasından çox şey asılıdır.
– İlk oyundan sonra demisiz ki, "üzümü turşudub "Qarabağ"a tərəf baxırdım ki, onları qorxudum". Qorxuda bilmisiz?
– Bu mənim sifətimdir. Mən heç kimi qorxutmağa çalışmamışdım.
– İlk oyunda "Qarabağ"ın qapıçısının buraxılan üç qolda da səhvi var idi. Bu, sizə psixiloji olaraq üstünlük qazandırır ki, Şahruddin yenə də səhv etsin?
– Bu, bizimlə əlaqəli deyil. Bizim üçün problem deyil. İstənilən halda, oyuna hazırlaşırıq. Əlbəttə ki, hər bir matça hazırlaşanda rəqibin zəif nöqtələrini özümüz üçün qeyd edirik. Amma yenə də, diqqətimizi buna yox, öz oyunumuza yönəldirik.
– Ötən mövsüm "Qarabağ" "Lex"ə səfərdə uduzsa da, Bakıda rəqibini böyük hesabla udmuşdu. Bu hal sizi nə qədər narahat edir?
– "Qarabağ"ın digər oyunlarını da analiz etmişik. Keçənilki  matçı da təhlil etdik. "Lex"in keçən ildəki vəziyyətinə də diqqət yetirmək lazımdır. "Lex" və "Rakuv"" tam fərqli gücə, oyun stilinə malikdirlər. Sabah bu məsələ bizim oyunumuza təsir göstərməyəcək.
– Siz dərin təhlillərdən sonra daha çox nəyə diqqət yetirirsiz? Komanda üzvlərinin fiziki durumu nə yerdədir?
– "Qarabağ"la matçdan əvvəl bu təhlilləri açıqlamaq düzgün olmazdı. Oyun sabah olacaq. Analizlərimi burada açıqlayıb, məlumat vermək istəməzdim. Biz hər gün hazırlaşırıq. Düşünmürəm ki, fiziki cəhətdən oynamayacaq durumda olaq. Heç bir problem olmamalıdır.
– Sabahkı matçda nəyə hazırsınız və hansı məqamlarda daha çox şübhələr yaranır. Nəyə çox əmin deyilsiz?
– Komandada dəyişikliklər haqda bundan öncə də fikirləşib qərara gəlmişik. Bir soyad var ki, onun haqda bu axşam düşünəcəyik.
– Bu oyunda daha çox təzyiq hiss olunur?
– Keçən il "Slaviya" ilə oyun da belə olmuşdu. Bu cür çətin matçları artıq oynamışıq. Bilirik ki, belə oyunlar necə alınır. Təzyiqə də hazırıq. Ona görə sabahkı matçda hər şey bəlli olacaq.

İdman       Tarix: 01 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeberler valyuta mezennesi banklar en son xeberler bu gunun xeberleri