"Mən özüm də bu oyuna tam hazırlaşa bilməmişdim" - Qurban Qurbanov

"Mən özüm də bu oyuna tam hazırlaşa bilməmişdim" - Qurban Qurbanov"Çətin oyun oldu. Son vaxtlar həm psixoloji, həm fiziki yorğunluq var".
Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 11-ci turunda "Zirə" ilə oyundan (1:1) sonra mətbuat konfransında deyib.
- Xallarımızın üstünə biri də gəldi. Heyətdə xeyli dəyişiklik etmişdik. Zədəli futbolçularımız çoxdur. Buna görə də risk etmədik. Futbolçular çox əziyyət çəkdi. Qələbə qazanmaq istəyirdik, bir xal qazandıq.
- APOEL-ə məğlubiyyətdən sonra komandada ab-hava necədir?
- Elə perioddayıq ki, həmin oyunun üzərinə çox da gedə bilmirik. Çünki iki gündən sonra başqa matçımız olur. Nə qədər də futbolçuları hazırlaşdırmaq istəsək, psixoloji gərginlik var. Futbolçular ağır qrafikdədilər. Bəzən istədiyimiz heyəti formalaşdıra bilmirik. 3-4 gündən bir oyun keçirmək, millilərin oyunu – hər şeyi ümumi götürəndə komandanı hazır saxlamaq asan deyil. Çempionatda nəticələr pis deyil. Gərginlik var, amma çalışırıq ki, bunu aradan qaldıraq. Mən özüm də bu oyuna tam hazırlaşa bilməmişdim. İstənilən halda, ağlımızda APOEL-lə oyunun nəticəsi qalır. Ancaq peşəkarıq, gələcəyə baxmalıyıq, oyunlara daha yaxşı hazırlaşmalıyıq.
- Son 4 çempionat matçında cəmi 1 qələbəniz var. Aradakı xal fərqi arxayınlaşmağa səbəb olmayıb ki?
- Hər oyunda daha yaxşı nəticə qazanmaq istəyirik. Rəqiblər bizə qarşı çox ciddi hazırlaşırlar. İlk yarıda da rotasiyalar olmuşdu, ancaq bütün oyunlarda qələbə qazanmışdıq. Əsas narahatlığımız zədəlilərin çoxluğudur. Hər komandanın başına gələn situasiyadır. Bəzən eniş olur. Ancaq biz yerimizi qoruyub saxlaya bilirik. Qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq.
- Avropa Liqasında "qatar gedib", yoxsa ümid var?
- Sona kimi mübarizə aparacağıq. Qarşıdakı oyunlarda nə olacağını bilmək olmaz. Şans varsa, bundan maksimum istifadə etməyə çalışacağıq. Həm futbolçular, həm də mən inanıram.
- Zədəli futbolçunuz Dani Kintananın durumu necədi?
- 1 həftə sonra fərdi məşqlərə başlayacaq.
- Ozobiç bu il oynaya biləcək? Mahirin durumu nə yerdədir?
- Ozobiç komanda ilə məşqlərə başlayacaq. Amma bu il inanmıram meydana çıxsın. Mahir fitnesdə hazırlığa başlayıb. Gələn həftənin birinci günündən fərdi məşq edə biləcək. Dani və Mahirin "Sevilya" ilə oyuna hazır olacağını gözləyirik. 100 faiz olmasa da, 18-liyə daxil edə bilərik. /publika.az

İdman       Tarix: 11 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbər son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli valyuta mezenesi