"Mənə də soyuq oldu" - Qurban Qurbanov
"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Səbail"i 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Futbolçularımı təbrik edirəm. Yarımfinala vəsiqə qazandılar. Havanın soyuq olmasına baxmayaraq, oyunda ciddi idilər. Rəqib də heyətdə bəzi dəyişikliklər etmişdi. Bizim üçün xeyli problem yaşatdılar. Azarkeşlər üçün heç də maraqsız oyun olmadı. Qollar vuruldu, bəzi qollar sayılmadı. Qarşıdakı oyunlara hazırlaşacağıq.
– Üçüncü qolda VAR-ın gec qərar verməsi haqda fikriniz necədir?
– Yəqin elə epizod idi ki, çox incələmək lazım gəldi. Sizə də soyuq oldu? Mənə də soyuq oldu(gülür). Epizoda baxdım.
– Avrokuboklar və yerli çempionatda topun oyunda qalma müddəti arasında böyük fərq olduğunu demişdiz. İndi necədir vəziyyət?
– Yenə də aşağıdır. Avrokubok və yerli matçları müqayisə etsək, topun meydanda qalma müddəti arasında 8-10 dəqiqəlik fərq var.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq