Meqan Marklın atası özündən 35 yaş balaca xanımla sevgilidir - FOTO
Şahzadə Meqan Marklın illərdir danışmadığı atası Tomas Markl, özündən 35 yaş kiçik bir tibb bacısı ilə münasibətə başlayıb.
azxeber.com xəbər verir ki, 81 yaşlı Markl 46 yaşlı Rio Kanedo ilə birlikdə olduğuna görə özünü "çox şanslı və son dərəcə xoşbəxt" hiss etdiyini bildirib.
Markl Rio ilə müalicə aldığı xəstəxanada tanış olduğunu deyib:
"Bu yaşda yenidən sevinc və xoşbəxtlik tapacağımı heç vaxt gözləmirdim. İllərdir laqeyd və kədərli idim, amma indi yenidən həyatdan zövq alıram. Bütün bu çətin anlardan sonra mənə bu qədər yaxşı qulluq edən belə xüsusi bir insanı tapdığım üçün özümü həqiqətən şanslı hiss edirəm".
Məlum olub ki, Tomas Markl Rio Kanedo ilə Filippində ayağının amputasiyasından sonra müalicə alarkən tanış olub. O, insult keçirdikdən sonra Filippinə köçüb və orada müalicə almağa başlayıb.
Həmçinin məlum olub ki, Meqan Markl atasının son səhhət problemləri zamanı, uzaq münasibətlərinə baxmayaraq, onunla əlaqə saxlayıb. Tomas Markl son müsahibəsində Şahzadə Harri ilə evli və iki övladı olan qızı ilə gərgin münasibətlərini geridə qoyduğunu bildirib.
Xatırladaq ki, Meqan Marklın atası Tomas Markl və ögey bacısı Samanta ilə gərgin münasibətləri, 2018-ci ildə Şahzadə Harri ilə evlənərək kral ailəsinə daxil olduğundan bəri medianın diqqət mərkəzində olub. Hersoginyanın ögey bacısı və qardaşı da sənədli filmdə Meqan Markl ilə yaşadıqları çətinliklərdən danışıblar. Ögey bacı-qardaşları Meqan Marklı atasına laqeyd yanaşmaqda günahlandırıblar.
Aysel


Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək