Məqsəd "Böyük İsrail" planıdır - Türkiyə hərəkətə keçəcək
Məlum olduğu kimi, son günlər Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. "Hizbullah"ın lideri Həsən Nəsrullahın öldürülməsi prosesləri daha da ciddiləşdirib. İran dünən axşam saatlarında İsrail ərazisinə 500-dək ballistik raket atıb. Benyamin Netanyahu isə İranın böyük səhv etdiyini bildirib. İddia olunur ki, rəsmi Təl-Əviv Tehrana cavab olaraq nüvə obyektlərinə zərbələr endirəcək.
Görəsən, hadisələr bundan sonra necə inkişaf edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu Yaxın Şərqdəki proseslərin yeni mərhələyə qədəm qoyduğunu bildirib:
"İsrail çalışır ki, Yaxın Şərqdə xaos yaratsın. Onların istəyi "Böyük İsrail" planının gerçəkləşməsidir. Buna görə də müxtəlif vaxtlarda İranı sözügedən bölgədə münaqişəyə çəkməyə çalışıblar ki, rəsmi Tehran ABŞ ilə birbaşa qarşıdurmaya girsin. İran isə bundan hər zaman yayınmağa çalışıb. İsrail tərəfindən Suriyada İran konsulluğunun vurulması müharibə səbəbi idi. Ancaq onlar bu yolu seçmədilər. Daha sonra İsmayıl Haniyə öldürüldü və İran yenə də öz təmkinini qorumağı bacardı. Həsən Nəsrullahın öldürülməsi isə İslam dövlətinin qarşıdurmaya cəlb edilməsi ilə yanaşı, İsrailin də Livanda genişlənməsinə fürsət yaratdı".
Ekspert bildirdi ki, İsrail Livanda bufer zona yaratmaqla kifayətlənməyəcək:
"İsrailin növbəti hədəfi Suriya olacaq ki, bu da Türkiyənin ərazi bütövlüyünə təhdiddir. ABŞ və İsrail uzun illərdir ki, YPG kimi terror qruplaşmasını Türkiyəyə təhdid kimi formalaşdırıb. Yaxın Şərqdəki proseslər yeni mərhələyə qədəm qoyub. Dediyim kimi, İran çalışır ki, müharibə baş verməsin. Ancaq SEPAH və adıçəkilən ölkə daxilindəki radikal qanadlar islahatçı hökumətə təzyiq etməyə çalışır. Ona görə də İran dünən məcbur qalıb İsrailə zərbələr endirdi. İran Prezidenti Məsud Pezeşkianın açıqlamasına nəzər salsaq görərik ki, İran bununla yetinmək istəyir. Düşünürəm ki, Rusiyanın da İrana dəstəyini müşahidə edəcəyik. Suriya məsələsi Rusiya və Türkiyə üçün vacib faktordur. İsrailin Livandan sonra Suriyaya hücum etmək ehtimalı realdır. Məncə, bundan sonra Türkiyə hərəkətə keçəcək və Suriyada terrorçulara qarşı əməliyyatlar baş tutacaq. ABŞ də Yaxın Şərqdəki vəziyyəti dizayn etmək niyyətindədir, ancaq onlar bu prosesi İsraildən fərqli həyata keçirməyi düşünür".
Məlik Məlikov,
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var