Mərakeş İspaniyaya qalib gəlib 1/4 finala yüksəldi
DÇ-2022-də 1/8 finalın son oyunları keçirilir.
KONKRET.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, mundialın 17-ci günü Mərakeş – İspaniya matçı ilə başlayıb.
Xorvatiya və Belçika kimi rəqiblərlə eyni qrupda birinci yeri tutan afrikalılar növbəti sensasiyanı gerçəkləşdirmək üçün meydana çıxıb. İspaniya isə favoritlərindən olduğu dünya çempionatında daha bir addım atmağa köklənmişdi.
Oyunun əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb.
Qalibi müəyyən etmək üçün penaltilər seriyası oynanılıb.
Burada avropalılardan daha üstün olan Mərakeş yığması növbəti mərhələyə adını yazdıran komanda olub.
Bu cütün qalibinin rəqibi günün son matçında bəlli olacaq. Həmin görüşdə Portuqaliya və İsveçrə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 finalın əvvəlki üç günündən sonra 1/4 finalın Niderland – Argentina, Fransa – İngiltərə və Xorvatiya – Braziliya cütləri dəqiqləşib.
DÇ-2022
1/8 final
6 dekabr
19:00. Mərakeş – İspaniya – 0:0 (3:0 penaltilər)

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı
Yamal dünya futbolu tarixinə düşdü