Mərkəzi Bankdan VACİB QƏRAR: Bu şəxslərin kredit alması çətinləşəcək - VİDEO
Azərbaycanda rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit almaq çətinləşəcək.
KONKRET.az xəbər verir ki, Mərkəzi Bank bankların aktivlərinin risk qrupları üzrə tələbləri sərtləşdirib. Hədəflərdən biri əhalinin izafi borclanmasının qarşısının alınmasıdır.
İqtisadçı Rəşad Həsənov "Xəzər Xəbər"ə bildirib ki, Mərkəzi Bank qəbul etdiyi meyarlarla müəyyən mənada bu istiqamətdə əvvəlcədən qabaqlayıcı tədbirlər görməyə çalışır. Kommersiya bankının, rəsmi gəlirinin yarısı və ya yarısından yüksək məbləğdə kredit götürmək istəyən vətəndaşdan yüksək faiz alması sərfəsiz olacaq. Çünki, orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən yüksək olan faizlər ilə verilən istehlak kreditləri bankların aktivləri üzrə risk əmsalını artıracaq.
"Bu gün Mərkəzi Bank tərəfindən qəbul edilən qərar istehlak kreditlərinə çıxış imkanlarını müəyyən mənada çətinləşdirməklə gələcəkdə bu istiqamətdə borclanma səviyyəsinin artmasının qarşısını almağa, risklərin qismən azaldılmasına hədəflənməklə yanaşı, faizlərin də ağlabatan səviyyədə olmasını təmin etmə istiqamətlidir" – deyə ekspert vurğulayıb.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var