Məsafə qısa, qiymət baha — Sərnişinləri narahat edən məqama aydınlıq gəldi

Məsafə qısa, qiymət baha — Sərnişinləri narahat edən məqama aydınlıq gəldiAzərbaycanda onlayn sifariş və taksi xidmətlərindən istifadə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin vətəndaşlar xüsusilə pik saatlarda, yağışlı havalarda və ya məsafə qısa olsa belə qiymətlərin tez-tez dəyişməsindən narazılıq edirlər. Bəzən eyni marşrut üzrə bir neçə dəqiqə ərzində tariflərin fərqli olması istifadəçilərdə suallar yaradır. Kuryer xidmətlərində də oxşar vəziyyət müşahidə olunur, çatdırılma haqqı günün saatına, hava şəraitinə və sifariş sıxlığına görə dəyişir. Mövzu xüsusilə sosial şəbəkələrdə geniş müzakirə olunur.
azxeber.com xəbər verir ki, Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan insanı uzun illər Sovet İttifaqı dövrünün iqtisadi təcrübəsindən keçdiyi üçün bir çox hallarda qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə üstünlük verir:
"Bu yanaşma xüsusilə tariflərin sabit saxlanılması və dövlət nəzarətinin güclü olması tələbi ilə özünü göstərir. Lakin bazar iqtisadiyyatı prinsiplərinə əsasən qiymətlər tələb və təklifə uyğun formalaşmalıdır. Pik saatlar, normal və aşağı tələbat dövrləri kimi fərqli zamanlarda qiymətlərin dəyişməsi iqtisadi baxımdan təbii hal hesab olunur. Müştəri tələbinin artdığı dövrlərdə qiymətlərin yüksəlməsi bir çox inkişaf etmiş ölkələrdə də tətbiq edilən praktikadır. Azərbaycanda isə bir qrup insan qiymətlərin dövlət tərəfindən tənzimlənməsini daha məqbul hesab edir. Bunun əsas səbəbi bazar iqtisadiyyatı mexanizmlərinin tam dərk olunmaması və keçmiş iqtisadi sistemdən qalan vərdişlərin hələ də düşüncələrdə qalması ilə izah edilir".
O deyib ki, bazar iqtisadiyyatında isə qiymətlərin formalaşması əsasən azad rəqabət və bazar mexanizmləri ilə tənzimlənir:
"Bu yanaşmaya görə, dövlətin əsas funksiyası qiymətləri birbaşa müəyyən etmək deyil, rəqabət mühitini və ədalətli bazar şərtlərini təmin etməkdir. Məsələn, nəqliyyat və taksi xidmətlərində də qiymətlərin tələbə uyğun dəyişməsi bazar prinsiplərinə əsaslanan model kimi qəbul olunur. Bu sistemdə qiymətin sabit olmaması iqtisadi inkişafın qarşısını almır, əksinə resursların daha səmərəli bölüşdürülməsinə şərait yaradır. Bazar iqtisadiyyatında qiymətlərə birbaşa müdaxilə deyil, onların bazar mexanizmləri ilə formalaşması əsas prinsip kimi qəbul edilir və bu, iqtisadi inkişafın təbii tərkib hissəsi hesab olunur".
Ekspert vurğulayıb ki, bu sistemdə dövlətin rolu qiymət qoymaq yox, azad rəqabət mühitini qorumaqdır. Taksi və nəqliyyat sektorunda tariflərin dəyişkən olması resursların daha səmərəli istifadəsinə imkan yaradır. Bu yanaşma iqtisadi inkişafın təbii hissəsi kimi görülməlidir. Bazar mexanizmlərinin işləməsi qiymətlərin sabitliyindən daha çox rəqabətin təmin olunmasından asılıdır.
Yəni, taksi və kuryer xidmətlərində qiymətlərin müştəri çoxluğuna və hava şəraitinə görə dəyişməsi bazar iqtisadiyyatının qanunudur və bu prosesə dövlətin birbaşa müdaxiləsi nəzərdə tutulmur.

Sosial       Tarix: 06 may 2026
f Paylaş

Oxşar xəbərlər

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadla Valeh Ələsgərovun dosyesini təqdim edir:. Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-d

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Evinin 'kupça'sı olmayanlara şad xəbər

Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur. Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfəro

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az krimnal xeber maraqlı xəbərlər