Məşhur alman blogerlər Daşkənddə saxlanıldı
Sosial şəbəkələrdə "Vielleicht Vielleicht" trendi ilə məşhurlaşan alman blogerlər Mayk Mikolazçik və Yanik Hill Daşkənddə saxlanılıb.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, blogerlər paytaxtdakı hotellərdən birində pərəstişkarları üçün tədbir təşkil etməyi planlaşdırıblar. Lakin görüş başlamazdan öncə onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Hadisə yerinə toplaşan çoxsaylı fanatlar bir neçə saat ərzində blogerləri gözləməli olublar. Şahidlərin sözlərinə görə, hüquq-mühafizə orqanları gənclərlə profilaktik söhbət aparıb.
Qeyd edək ki, Mayk Mikolazçik və Yanik Hill bu ilin əvvəlindən etibarən rusdilli musiqilər fonunda çəkdikləri videolar və rəqs məzmunları ilə MDB ölkələrində geniş populyarlıq qazanıblar. Onlar yay aylarında Qırğızıstan, Qazaxıstan və Özbəkistanı əhatə edən turneyə çıxıblar.
Blogerlər hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Yerli mənbələrin iddiasına görə, kütləvi toplaşmalarla bağlı təhlükəsizlik tədbirləri səbəbindən görüşün keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub.
Aysel
Turlar.az [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub