Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdiMəşhur azərbaycanlı sənətşünas və Sankt-Peterburq Yazıçılar İttifaqının üzvü İrada Berq 53 yaşında vəfat edib.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəhərin Mədəniyyət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"İrada Tofiq qızı Berq (Vovnenko) vəfat edib. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xatirəsi həmkarlarının, dostlarının və yaradıcılığına toxunan hər kəsin qəlbində yaşayacaq", – deyə məlumatda bildirilib.
İrada Berqin ölüm səbəbi və vida mərasimi ilə bağlı hələlik məlumat açıqlanmayıb.
İrada Berq 5 yanvar 1973-cü ildə Sankt-Peterburqda memar və riyaziyyatçı Tofiq Həsənovun ailəsində anadan olub. Atası Tofiq Həsənov çoxuşaqlı ailədə böyüyüb və valideynlərini erkən yaşlarında itirdikdən sonra uşaq evində tərbiyə alıb. O, Bakı Politexnik İnstitutunu bitirdikdən sonra təhsilini Leninqradda (indiki Sankt-Peterburq) davam etdirib və burada ailə qurub.
İrada Berq 2003-cü ildən "Tsarskoye Selo" muzey-qoruğunun beynəlxalq şöbəsində çalışıb və məşhur "Yantar otağı"nın bərpası layihəsində iştirak edib. Həmin illərdə Yekaterina sarayında xeyriyyə məqsədli uşaq ballarının təşkilatçısı olub.
O, 2006-cı ildə uşaqlar üçün "Sehrli kaleydoskop. Petkanın tarix ölkəsinə səyahəti" adlı ilk kitabını nəşr etdirib.
2009-cu ildən İsaak kilsəsinin fəaliyyətində fəal iştirak edən İrada Berq, 2013-cü ildən "İsaak kilsəsi" muzey-kompleksinin xarici əlaqələr və mədəni layihələr şöbəsinə rəhbərlik edib. 2015-ci ildən isə sərgi və beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri, daha sonra direktor vəzifəsini icra edən şəxs kimi fəaliyyət göstərib.

Hadisə       Tarix: 06 iyul 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Biləsuvarda toyda bıçaqlanma: saxlanılan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində, toy mərasimi zamanı qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Eldar Cəfər oğlu Vəliyev kürə

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler xeberler bugun 2026 cəbhədən son dəqiqə beynelxalq bank mezenne