Məşhur hind aktyoru bıçaqlandı
Hind aktyoru Saif Əli Xan gecə saatlarında Mumbaydakı mənzilinə hücum nəticəsində 6 bıçaq yarası alıb.
KONKRET.az xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.
Məlumata görə, cinayətkar oğurluq məqsədilə aktyorun Mumbayın prestijli Bandra rayonunda yerləşən mənzilinə girib. Həmin vaxt mənzildə aktyorun həyat yoldaşı – Bollivud aktrisası Karina Kapur, onların 4 və 8 yaşlı iki uşağı, eyni zamanda xidmətçi olub.
Hazırda xəstəxanada olan aktyorun həyatı üçün təhlükə yoxdur.
Cinayətkar qaçmağa müvəffəq olub və polis tərəfindən axtarışdadır. Hadisə ilə bağlı araşdırma başlanıb.
Xatırladaq ki, 54 yaşlı Saif Əli Xan 1990-cı illərin əvvəllərindən filmlərə çəkilir. O, "Sən və Mən", "Yarış", "Omkara", "Müqəddəs Oyunlar" və digər filmlərdə baş rolları ifa edib./kultaz

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb