Məşhur qlobal şirkət "Neftçi" ilə yenidən müqavilə bağladı

Məşhur qlobal şirkət "Procter&Gamble" (P&G) şirkəti "Neftçi" Peşəkar Futbol Klubu ilə sponsorluq barədə saziş imzalayıb. Qarşıdakı 1 il ərzində şirkət "Braun" markasının məhsullarının tanıdılmasında Peşəkar Futbol Klubu ilə əməkdaşlıq edəcək."Neftçi" Azərbaycan futbolunun əfsanəsidir və biz çox şadıq ki, bu əfsanəvi klubun uğurları dövrümüzdə də davam edir. P&G olaraq biz bu uğurları müşahidə etməklə kifayətlənmək istəmirik, ona öz töhfəmizi vermək və onun bir hissəsi olmaq istəyirik.
KONKRET.az xəbər verir ki, bu il "Procter&Gamble" şirkəti Azərbaycanda 25 illik yubileyini qeyd edir. Bu münasibətlə biz "Neftçi" və 100 ildən artıq tarixə malik olan, innovasiya və yüksək keyfiyyəti, möhtəşəm dizaynı ilə fərqlənən "Braun" markası arasında tərəfdaşlıq müqaviləsi imzalayırıq. Əminik ki, "Braun" məhsullarının istifadəçiləri arasında "Neftçi" azarkeşləri də var və onlar bu iki tarixi brend adını bir yerdə görməyə şad olacaqlar", – P&G-nin Qafqaz və Orta Asiya respublikaları üzrə baş direktoru İrakli Qabriadze belə deyib.
P&G rəsmisi qeyd edib ki, Azərbaycanda fəaliyyətinin 25 ilində ölkənin iqtisadi həyatında əhəmiyyətli yer tutan şirkət öz məhsulları ilə, demək olar ki, hər bir ailənin də həyatına toxunub. Təmizlik və gigiyena məhsulları istehsal edən P&G həm də sağlam həyat tərzinin təbliğatçısı olub. Böyük sosial layihələrə imza atan şirkət Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıqla 2012-ci ildə London Olimpiya Oyunlarında milli komandanı dəstəkləyib, 2015-ci ildə Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olub, Azərbaycanda fəaliyyətinin 20-ci ildönümü münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə sazişə imza atıb. "Neftçi ilə isə bu, şirkətin ikinci əməkdaşlığıdır. 2021-ci ildə insanların çətin pandemiyanı yaşadıqları və sağlamlıqları uğrunda mübarizəni keçdikləri bir vaxtda biz "Neftçi" ilə tərəfdaşlığa başladıq və bu tərəfdaşlıqdan böyük məmnunluq duyduq. Tərəfdaşlıq üçün "Braun" markasına gəldikdə, bu marka futbol azarkeşləri arasında böyük nüfuza malikdir və Türkiyə milli komandasının və əfsanəvi İtaliya klubu "Milan"ın da sponsorudur", – İrakli Qabriadze vurğulayıb.
"Neftçi" PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov sosial məsuliyyətinə və idmana dəstəyinə görə P&G şirkətinə təşəkkür edib: "P&G bir dünya brendidir. Daima idmana, xüsusən də futbola göstərdikləri dəstəklə seçiliblər. Bu şirkətlə artıq 3-cü il olacaq ki, əməkdaşlıq edirik. Bu da "Neftçi"yə olan inamın göstəricisidir. Buna qədər "Old Spice" markası ilə tərəfdaş idik. Bundan sonra "Braun" ilə davam edəcəyik. Ümid edirəm ki, hər zaman klublarına dəstək verən şirkətlərin məhsullarına üstünlük verən azarkeşlərimizin seçimlərində bundan sonra da "Braun" ön sırada olacaq". Klub rəhbəri bu əməkdaşlığın hər iki tərəfə faydalı olacağına inandığını bildirib.
"Procter&Gamble" haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head&Shoulders® , Always®, Pantene® , Fairy® , Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard®, Braun®, Old Spice®, Herbal Essences® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.Report
Məşhur qlobal şirkət Məşhur qlobal şirkət

İdman       Tarix: 19 avqust 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal xeber valyuta mezenesi xeberler bu gun novruz bayramı