Məşhur rəssam vəfat etdi
Məşhur yapon avanqard rəssamı Yayoi Kusama vəfat edib.
Rəssam 97 yaşında Tokioda dünyasını dəyişib. Onun ölümünə çoxlu orqan çatışmazlığı səbəb olub. Yayoi Kusama avqustun 14-də vəfat etsə də, bu barədə yalnız indi məlumat yayılıb. Onun dəfn mərasimində yalnız yaxın ailə üzvləri iştirak edib.
Qeyd edək ki, Yayoi Kusama dünyaca məşhur avanqard rəssam, həmçinin dizayner və yazıçı olub. O, 1929-cu ildə Yaponiyada anadan olub və 1950-ci illərin sonlarında Nyu-Yorka köçüb. Kusama 1960-cı illərdə Amerika minimalizmi, pop-artı və performans sənətinin formalaşmasının önündə gedən sənətçilərdən biri olub. O, dünyanın ən nüfuzlu və kommersiya baxımından ən uğurlu rəssamlarından birinə çevrilib. Rəssamın əsərləri hərraclarda milyonlarla dollara satılır, sərgiləri isə dünyanın ən çox ziyarət edilən sərgiləri sırasında yer alır. 2008-ci ildə onun əsərlərindən biri 5 milyon dollardan baha qiymətə satılıb və bu, həmin dövrdə yaşayan qadın rəssam üçün rekord nəticə olub.
Kusamanın məşhurlaşdıran onun bütün məkanı dolduran nöqtəli naxışlardır. Nöqtələrlə tam örtülmüş məkan onun üçün insanın sonsuzluqla birləşməsini simvolizə edib. Rəssam həmçinin böyükmiqyaslı psixodelik instalyasiyaları ilə də tanınır.
Yayoi Kusama uşaqlıqdan psixi xəstəliklərdən, hallüsinasiyalardan və vəsvəsə xarakterli düşüncələrdən əziyyət çəkib. Rəssamın anası onu tez-tez cəzalandırır, itaət etməsini tələb edir, yaradıcılığa olan marağına qarşı çıxır və çəkdiyi rəsmləri atırdı. Bu münasibət Kusamanın psixi problemlərinin dərinləşməsinə səbəb olub və vəziyyəti onu az qala intihara sürükləyib.
1977-ci ildə səhhətinin pisləşməsi fonunda rəssam Nyu-Yorkdan Tokioya qayıdıb. O vaxtdan etibarən vaxtının böyük hissəsini "Seiwa" psixiatriya klinikasında keçirib.
Yayoi Kusama həmçinin "Louis Vuitton" moda evi ilə etdiyi əməkdaşlıqla da geniş tanınır.
///Axşam.az/// / azxeber.com
Turlar.az [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub