Məşhurlar parlament seçkilərində iştirak edəcək? - SORĞU
Xəbər verdiyimiz kimi, 1 sentyabr tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər seçkilərdə iştirak etmək üçün namizədliklərini irəli sürmək niyyətindədir.
Bəs görəsən şou-biznes nümayəndələri qarşıdan gələn seçkilərdə iştirak etmək istəyir?
azxeber.com bununla bağlı şou-biznes nümayəndələri arasında kiçik sorğu keçirib.
Ötən seçkilərdə namizəd kimi iştirak edən əməkar artist Elza Seyidcahan azxeber.com-a açıqlamasında bu dəfəki seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala qısa cavab verib: "Mənim üçün dua edin. Əgər siz istəyirsinizsə, göyün 7-ci qatından da namizəd olaram".
Cəmiyyətdə öz çəkisi və hörməti ilə digər həmkarlarından fərqlənən xalq artisti Faiq Ağayev isə suala "Mən müğənniyəm. Bu suala cavab verməyimi istəməyin məndən" deyərək bir növ namizəd olmayacağını təsdiq edib.
Müğənni Manaf Ağayevin Füzuli şəhərindən deputatlığa namizəd olacağı xəbəri yaylısa da o saytımıza açıqlamasında "Deputatlıq çətin peşədir. Mənim bundan başım çıxmır. Mən siyasətə qarışmıram" sözlərini deyib.
Mətbuatda iş xanımı Ruhi Əliyevanın deputatlığa namizədliyini irəli sürəcəyi deyilmişdi. Bununla bağlı açıqlama verən Əliyeva "Əziz dostlar, bir neçə saytın bu günlərdə mənim guya deputat olmaq istəyimlə bağlı yazılar dərc etməsi həqiqəti qətiyyən əks etdirmir" deyərək iddiaları rədd edib.
Qeyd edək ki, məşhurlardan kimin deputatllğa namizəd olacağı yaxın günlərdə bəlli olacaq.
Aysel Hacızadə

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək