Asya Əlizadənin 5 il həbsi istənilir
Azərbaycanlı reper Asya Əlizadə, türkiyəli reper Lvbel C5 və bəstəkar Can Akdoğan barəsində 5 ilədək həbs cəzası tələb olunub. Üç nəfər haqqında hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.
azxeber.com Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb reperlərin birlikdə ifa etdiyi "Kahpe" adlı mahnı və onun klipindəki zorakılıq səhnələri olub.
İttiham aktında klipdə dörd kişinin yerdə uzanan bir şəxsi döydüyü görüntülərə diqqət çəkilib. Həmçinin mahnının "Dəyişməz insanlar, dünya da dönsə, onları bıçaqlayın, danışanı basdırın" məzmunlu sözlərinin cinayət əməllərinə təşviq etdiyi iddia olunub.
Lvbel C5 səhnə adı ilə tanınan Süleyman Burak Bodur müdafiəsində mahnı sözlərinin xəyal və qurğudan ibarət olduğunu, cinayət törətmək niyyəti daşımadığını bildirib. O, klipin xarici rejissor tərəfindən ölkə xaricində çəkildiyini də vurğulayıb.
Bəstəkar Can Akdoğan isə mahnı sözlərinin mənasını bilmədiyini və klipdəki zorakılıq səhnələri ilə əlaqəsinin olmadığını deyərək ittihamları rədd edib.
Əlizadənin Türkiyəyə 5 il müddətinə giriş qadağası olduğu və ölkə xaricində yaşadığı üçün ifadəsi birbaşa alınmayıb. Onun vəkili vasitəsilə yazılı müdafiə təqdim etdiyi bildirilib.
Qeyd edək ki, istintaq CİMER-ə daxil olan şikayətlərdən sonra başlanıb. Daha əvvəl Lvbel C5-in həbs edilməsi tələbi rədd olunub, onun barəsində xaricə çıxış qadağası və polis bölməsində imza vermək öhdəliyi tətbiq edilib. Reperə türk ədəbiyyatı üzrə təhsil almaq və mütəmadi kitab oxumaq şərti də qoyulub.

Keçmiş nazirə ağır itki
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
İnsan ölənə yaxın bu 4 sözü deyir
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO
Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb
Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü
ABŞ-ın İranla müharibəsi 47 milyard dollara başa gəlib: Trampın hərbi kampaniyasının görünməyən qiyməti