Messi: Azərbaycanın zəngin mədəniyyəti ilə tanış oldum
Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundakı komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakı Kristal Zalında fanatları ilə görüşüblər.
KONKRET.az xəbər verir ki, azarkeşlərin dünya futbolunun ulduzları ilə görüşündən əvvəl səhnədə "Natiq" ritm qrupunun çıxışı olub.
Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) konsert proqramını təqdim edib.
Dünya çempionu, 8 dəfə "Qızıl top" mükafatına layiq görülən Lionel Messinin futbol karyerasını əks etdirən filmin nümayişindən sonra isə Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba səhnəyə çıxıblar.
Messi görüşün təşkilinə görə təşəkkür edib:
"Bakıya səfərimdə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı qazandım. Mən öz komanda yoldaşlarım adından bu görüşün təşkilinə görə hər kəsə təşəkkür edirəm. Çox sağ olun".
Daha sonra futbol ulduzları gənc həmkarları və sağlamlıq imkanları məhdud uşaqlarla xatirə şəkli çəkdirib.
Ulduz futbolçular imzalı topları auditoriyaya atıblar. Futbol həvəskarları üçün bu idman bayramı məşhur "Morandi" qrupunun çıxışı ilə davam edib.
Minlərlə fanatın qatıldığı tədbirə Bakının uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhidlərimizin övladları da dəvət olunub.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var