Messi "Barselona"nı tərk edir?
"Barselona"nın kapitanı Lionel Messi Kataloniya klubundan ayrıla bilər.
Publika.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu komandanı tərk etmək barədə düşünür. Bildirilir ki, 32 yaşlı futbolçu klubun qərarlarından narazıdır. O, eyni zamanda "Barselona"nın son zamanlardakı oyun üslubunu və nəticələrini bəyənmir.
Bundan əlavə Messinin bəyəndiyi komandanın sabiq çalışdırıcısı Ernesto Valverdenin istefaya göndərilməsindən sonra oyunçu ilə klub rəhbərliyi arasında münasibətlər pisləşib.
Xəbərdə o da qeyd olunur ki, "Barselona" sabiq futbolçusu Neymarı geri qaytarması Messini ayrılmaq fikrindən daşındıra bilər.
Qeyd edək ki, L.Messinin "Barselona" ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Onun müqaviləsində bu yay klubu öz istəyi ilə tərk etmək hüququnun olması ilə bağı bənd yer alıb. / Qol.az

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
"Zirə" ilk matçda "Payde"yə məğlub oldu - Konfrans Liqası
Bu universitetə magistr qəbulu ləğv edildi
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu