Messiyə 200 milyon dollara 4 illik müqavilə TƏKLİF EDİLDİ
ABŞ-ın "İnter Mayami" futbol klubu "PSJ"nin argentinalı hücumçusu Lionel Messiyə ümumilikdə 200 milyon dollarlıq 4 illik müqavilə təklif edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika klubu Messi ilə birlikdə "Barselona"da çıxış edən yarımmüdafiəçi Serxio Busketslə də müqavilə imzalamağı düşünür.
Qeyd olunub ki, "İnter Mayami" maliyyə problemlərindən qaçmaq üçün Messini transfer etdikdən sonra 6 və ya 18 ay müddətinə İspaniya klubuna icarəyə verməyi planlaşdırır.
PSJ-nin baş məşqçisi Kristof Qaltye bildirib ki, Messi PSJ-də son matçını iyunun 3-də keçirəcək. Daha sonra klubun mətbuat xidməti məşqçinin dediklərini təkzib edib.
Məlumata görə, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Messiyə 1,2 milyard avro dəyərində iki illik müqavilə təklif edib.
Xatırladaq ki, Messi 2021-ci ilin yayında pulsuz transferlə Fransa klubuna keçib. Komandanın tərkibində müxtəlif turnirlərdə 74 oyun keçirib, 32 qol vurub, 35 məhsuldar ötürmə edib.
İqbal Rzayev,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi