Metrodan istifadə edənlərə XƏBƏRDARLIQ: Sərnişinlərin bəziləri qatarlara buraxılmayacaq - SƏBƏB/VİDEO
Son günlər yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənir.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Metropoliteni də vəziyyəti təsdiq edir. Bəs vəziyyətdən çıxış yolu nədir?
Hər gün minlərlə insan metrodan bu vəziyyətdə istifadə edir.
Sərnişinlər bildirir ki, son günlər vəziyyət bir qədər dəyişib. Hətta elə olur ki, sıxlıq ucbatından metroya daxil ola bilmirlər.
Sərnişinlər bildirir ki, hətta sıxlığa görə halı pisləşənlər də az olmur.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov da son günlər metroda sıxlığın daha çox artdığını təstiq edir. Onun sözlərinə görə buna səbəb ümumilikdə şəhərdəki sıxlığın artmasıdır.
Bəxtiyar Məmmədovun sözlərinə görə sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.
Metropoliten sözçüsünün sözlərinə görə əgər son günlərdəki sıxlıq biraz da davam edərsə platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var