Metroya görə universitetlər dərs qrafikini dəyişəcək?

Metroya görə universitetlər dərs qrafikini dəyişəcək?"28 May" və "Nizami" metro stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması paytaxtda ictimai nəqliyyatın yükünü artırıb.
Mövcud vəziyyətdə əsas narahatlıq sentyabrın 15-dən yeni tədris ilinin başlanması ilə bağlıdır. Məktəblərin və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması hər gün yüz minlərlə şagird, tələbə, müəllim və valideynin şəhərdaxili hərəkətinə təsir etdiyindən nəqliyyat sisteminə düşən yükün daha da artacağı gözlənilir.
Belə olan halda, paytaxtda yarana biləcək əlavə nəqliyyat sıxlığının qarşısını almaq üçün hansı addımlar atıla bilər? Məktəb və universitetlərdə tədrisin fərqli tarixlərdə başlaması mümkündürmü? Yaxud müəyyən müddət üçün distant və hibrid tədris modelinin tətbiqi gündəmə gələ bilərmi?
Elm və Təhsil Nazirliyi: Məsələ hazırda müzakirə olunmur
azxeber.com xəbər verir ki, Elm və Təhsil Nazirliyindən "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, hazırda tədris qrafikinin və ya formasının dəyişdirilməsi ilə bağlı müzakirə aparılmır.
"Sorğunuzda qeyd edilən məsələ ilə bağlı hazırda müzakirə aparılmır", – nazirlikdən qeyd olunub.
ADNSU: Distant təhsilə keçilməyəcək
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, metrodakı mövcud vəziyyət universitetdə dərslərin qrafikinə və tədris formasına təsir etməyəcək.
"Bəli, müəyyən qədər gediş-gəlişdə sıxlıq yaranacaq, lakin bu səbəbdən distant təhsilə keçilməyəcək, təhsil formasında dəyişikliyin olması nəzərdə tutulmayıb. Sıxlıq müəyyən müddət davam edəcək. Əvvəlki illərdə olduğu kimi, dərslərə sentyabrın 15-dən start veriləcək", – universitetdən bildirilib.
UNEC: Mövcud dərs saatları dəyişdirilməyəcək
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də metrodakı məhdudiyyətlə əlaqədar dərs saatlarının dəyişdirilməsi nəzərdə tutulmur.
Universitetdən bildirilib ki, dərs saatları birinci və ikinci növbə olmaqla əvvəlki qaydada qalacaq. Magistratura səviyyəsində isə dərslər həmişə olduğu kimi axşam saatlarında davam etdiriləcək.
UNEC-də bəzi dərslərin artıq hibrid formada keçirildiyi də qeyd olunub. Məsələn, qeyri-ixtisas fənlərinin bir hissəsi onlayn formada tədris edilir. Lakin universitetdən vurğulanıb ki, bu tədris modelinin "28 May" və "Nizami" stansiyaları arasındakı təmir prosesi ilə əlaqəsi yoxdur.
ADPU: Real vəziyyətdən asılı olaraq müəyyən tədbirlər görülə bilər
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) isə bildirilib ki, hazırda məsələ ilə bağlı konkret qərar qəbul edilməyib.
"Hazırda bununla bağlı konkret bir qərar yoxdur. Dərslərin başlanması ərəfəsində real vəziyyətin qiymətləndirilməsi fonunda müəyyən tədbirlərin nəzərdə tutulması mümkündür", – universitetdən qeyd olunub.
Türkiyə-Azərbaycan Universiteti: Dərs saatlarında dəyişiklik nəzərdə tutulmur
Türkiyə-Azərbaycan Universitetindən (TAU) bildirilib ki, nəqliyyat marşrutları və hərəkət intensivliyi üzrə aparılan təhlillərə əsasən, universitetin mövcud dərs cədvəli yollardakı pik saatlarla tam üst-üstə düşmür.
"Bu səbəbdən dərs saatlarında hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Dərslər əvvəlki qaydada və müəyyən olunmuş vaxtlarda davam edəcək:
* Əsas dərslər – saat 09:00-da;
* Hazırlıq qruplarının dərsləri – saat 09:40-da", – universitetdən bildirilib.

Sosial       Tarix: 21 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə

Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxabar az