Meyxana ustadının son vəziyyəti açıqlandı
Ustad meyxanaçı Kərimin vəziyyəti pisləşib.
Bu barədə məlumatı onun yaxın dostu, müntəzəm olaraq Kərimə baş çəkən meyxanaçı Ağamirzə verib.
O, Lent.az-a bildirib ki, son dəfə Kərimlə 10 gün öncə görüşüb.
"Bu günlərdə getməmişəm, yalan deyərəm, amma 10 gün olar ki, baş çəkmişdim ona. Vəziyyəti pisləşsə, xəbərim olardı. Elə bir şey yoxdur. Amma ümumi olaraq vəziyyəti yaxşıya doğru yox, pisə doğru dəyişir. Həkim nəzarəti altında dərmanları verilir, həkim özü də ümumi nəzarət edir. Ailəsi qayğısına qalır. Allah kömək olsun deməkdən başqa çarəmiz qalmayıb. Bu dərdin tibb elmində əlacı yoxdur", - deyə meyxana ustası əlavə etdi.
Qeyd edək ki, 59 yaşlı meyxanaçı Kərim uzun müddətdir keçirdiyi insult səbəbi ilə yataq xəstəsidir. O, sərbəst şəkildə heç bir hərəkəti yerinə yetirə, danışa və ətrafındakıları tanıya bilmir.

İlham Əliyev Davosda "Sülh Şurasının Nizamnaməsi"nin imzalanma mərasimində iştirak edir
Bakıda 40 yaşlı qadın qətlə yetirildi
21 yaşlı gənc küçədə infarktdan öldü
Bakıda avtomobil motosikletlə toqquşdu - Ölən var
Bu gün yanan evdə ölən qadın 31 il əvvəl metrodakı yanğında xəsarət alıbmış
Bakıda marketdən çıxıb bacısıgilə gedən qadın küçədə öldürüldü - TƏFƏRRÜAT
İlham Əliyevlə Paşinyan ayaqüstü söhbət etdilər
İspaniya Konqresinin sədri Azərbaycana gəldi - Foto
Ermənistan 1 milyard dollarlıq üzvlük haqqı ödəmədən "Sülh Şurası"na üzv oldu
Trampın xüsusi elçisi Rusiyaya gəldi
İsrail Prezidentindən Trampa: "Bizim öz qanunlar sistemimiz var"
Trampın "Sülh Şura"sı Bakı və İrəvanı buna məcbur edə bilər - YENİ MƏQAMLAR
Agentlik sədri vətəndaşların müraciətlərini dinlədi
Bakıda ilk dəfə bu imtahanlar elektron qaydada keçiriləcək
Sahibkarlar üçün yeni qərar: Müddət daha bir il uzadıldı