Mikayıl Cabbarov: "Ekoloji davamlılıq Azərbaycanın inkişafının əsas elementidir

Mikayıl Cabbarov: "Ekoloji davamlılıq Azərbaycanın inkişaf strategiyasının əsas elementinə çevrilib".
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) G77+ Çin liderlərinin Zirvə görüşü zamanı deyib. 
"Bu gün dünya iqlim dəyişikliyi üzrə beynəlxalq təşəbbüsün müəyyən etdiyi prioritetlərə nail olmaq üçün problemlərlə üzləşir. İqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, bərabərsizlik və yoxsulluq ilə daha da güclənən COVID-19 pandemiyasının davamlı təsirləri, "yaşıl" və dayanıqlı iqtisadiyyata keçid üçün böyük maneələr yaradır", - deyə Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, Azərbaycan qlobal təşəbbüslərin qəbulundan sonra onların ümumi təşviqi və iqlim təşəbbüslərinin və 2030-cu il Gündəliyinin həyata keçirilməsinə güclü sadiqlik nümayiş etdirib.
"Transformativ dəyişiklikləri təşviq etmək öhdəliyi dayanıqlılığa, inklüziv inkişafa və təmiz enerjiyə diqqət yetirməklə milli iqtisadiyyatları yenidən formalaşdırmaq istəyini əks etdirir. Bundan əlavə, iqtisadi yenidənqurma bütün dünyada səmərəli və dayanıqlı maliyyə mənbələri tələb edir. Bu səbəbdən, özəl sektor investorları üçün yaşıl inkişafın sürətləndirilməsinə müsbət təsir edəcək imkanları araşdırmaq üçün şəbəkə platformalarının yaradılması çox vacibdir", - deyə nazir bildirib.  
Nazir qeyd edib ki, yaşıl transformasiyanın hərəkətverici qüvvəsi kimi bərpa olunan enerji mənbələri 2026-cı ilədək Azərbaycanın quraşdırılmış elektrik enerjisi istehsal gücünün 24%-ni təşkil edəcək, 2030-cu ilə qədər isə bu rəqəmi 30%-ə çatdırmaq daha iddialıdır.
"Bundan əlavə, Azərbaycan 2050-ci ilə qədər istixana qazları emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması öhdəliyi götürüb. Bura Qarabağda və 30 illik erməni işğalından azad edilmiş Şərqi Zəngəzurda iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin həyata keçirilməsinə töhfə verəcək yaşıl enerji zonasının yaradılması daxildir", - deyə o, əlavə edib./trend / azxeber.com

Sosial       Tarix: 02 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxabar sonxəbər bu gune olan xeberler valyuta mezennesi