Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI

Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDIFransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılıb. Rəsmi məlumatlara görə, həmin gün nümayişlərdə 550 min nəfər iştirak edib. Paris, Marsel, Lion və digər şəhərlərdə baş vermiş iğtişaşlar, yanğınlar və talanlar Emmanuel Makron rejiminin ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması sahəsində üzləşdiyi ciddi çətinlikləri nümayiş etdirir.
KONKRET.az xəbər verir ki, bu fikirlər Milli Məclisin Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibətində əksini tapıb.
Qeyd edilib ki, xüsusilə hiddət doğuran məqam azyaşlıların polis zorakılığına məruz qalması barədə məlumatlardır. Məktəb şagirdlərinə qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan, rezin gülləatan silahlardan və partlayıcı xüsusi vasitələrdən istifadə olunması, uşaqların fiziki zorakılığa məruz qalması barədə məlumatlar ciddi narahatlıq doğurur. Polis zorakılığı nəticəsində Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsi xüsusilə sarsıdıcıdır. Uşaqların həyatının və sağlamlığının qorunması dövlətin birbaşa öhdəliyidir və ictimai asayişin təmin edilməsi zərurəti onlara qarşı qeyri-mütənasib güc tətbiqinə heç bir halda bəraət qazandıra bilməz. Bu zorakılıq aktları müstəqil və şəffaf qaydada araşdırılmalıdır.
Kütləvi etirazlar zamanı azyaşlılar da daxil olmaqla, minlərlə şəxsin həbs edilməsi, dinc nümayişçilərin hərəkət imkanlarının məhdudlaşdırılması və ayrı-ayrı şəhərlərdə toplantıların qadağan edilməsi sərbəst toplaşmaq azadlığına və mütənasiblik prinsipinə riayət olunması baxımından ciddi narahatlıq doğurur. Təkcə 17 oktyabr hadisələri ilə əlaqədar 2400 nəfərə yaxın şəxs həbs edilmişdir. Vətəndaşların dinc etiraz etmək hüququnun təmin olunması Fransa dövlətinin beynəlxalq öhdəliklərindən irəli gəlir və bu hüququn məhdudlaşdırılması qəbuledilməzdir.
Fransanın Dənizaşırı ərazilərində də ictimai təhlükəsizliyin və fundamental hüquqların təmin olunması sahəsində ciddi problemlər mövcuddur. Qvadelupda 17-18 oktyabr gecəsi baş verən iğtişaşlar, yanğınlar və ticarət obyektlərinə hücumlardan sonra bir sıra yerlərdə komendant saatı tətbiq edilib. Yeni Kaledoniyada isə Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyası 2026-cı ilin yanvarında Kanak əhalisinin fundamental hüquqlarının pisləşdiyini, ayrı-seçkiliyin dərinləşdiyini, son illərdə hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiqinə dair çoxsaylı məlumatların mövcudluğunu bildirib. Bu hallar Makron rejimi diktaturasının Dənizaşırı ərazilərdə yaşayan insanların, xüsusilə yerli xalqların nümayəndələrinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi sahəsində üzləşdiyi ciddi problemləri nümayiş etdirir.
Milli Məclis hesab edir ki, Fransada baş verən hadisələr ictimai asayişin təsadüfi pozuntuları ilə məhdudlaşmır, hökumətin dərin siyasi və idarəetmə böhranının, sosial narazılıqlara cavab vermək və vətəndaşların təhlükəsizliyini təmin etmək sahəsində yürütdüyü siyasətin iflasının göstəricisidir. Makron rejimi bir tərəfdən dinc nümayişçiləri, o cümlədən uşaqları polisin qeyri-mütənasib müdaxiləsindən, digər tərəfdən isə vətəndaşları və onların əmlakını iğtişaşlar zamanı zorakılıqdan qoruya bilməyib. Baş verən hadisələrə görə siyasi məsuliyyət məsələsi diqqətdən kənarda qala bilməz. Fransa dövlətinin, Makron rejimi diktaturasının, dünyaya insan hüquqları, demokratiya, dəyərlər mövzusunda mühazirə oxumağa çalışanların dərin siyasi və idarəetmə böhranı keçirdiyi açıq-aşkar sezilir.
Milli Məclis Fransanı uşaqlara və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqinin qarşısını almağa, ağır xəsarətlərlə nəticələnmiş hadisələri hərtərəfli araşdırmağa, günahkarların qanun qarşısında cavab verməsini təmin etməyə, həbs edilənlərin, xüsusilə azyaşlıların hüquqlarını qorumağa və vətəndaşların dinc toplaşmaq azadlığına hörmət etməyə çağırır.
Milli Məclis, xüsusilə, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi korrupsiyaya və mənəvi iflasa uğramış təsisatların Fransada tüğyan edən biabırçılıqları görməzdən gəlməsini, insan hüquqları məsələsinə selektiv yanaşmanı və ikili standartları kəskin şəkildə pisləyir;
Fransada baş verən polis zorakılığı hallarının ölkənin milli istintaq və məhkəmə orqanları tərəfindən obyektiv, qərəzsiz və ədalətli şəkildə araşdırılacağı ciddi şübhələr doğurur. Bu baxımdan, beynəlxalq təşkilatları, xüsusilə BMT-nin İnsan Hüquqları Şurasını azyaşlılar da daxil olmaqla, dinc nümayişçilərə qarşı güc tətbiqi və insan hüquqlarının pozulması hallarının hərtərəfli araşdırılması məqsədilə müstəqil beynəlxalq təhqiqat komissiyası yaratmağa çağırır.
Milli Məclis, həmçinin Fransa parlamentini, beynəlxalq parlament təşkilatlarını və insan hüquqları təsisatlarını baş vermiş hadisələrə prinsipial münasibət bildirməyə, müstəqil beynəlxalq təhqiqatın aparılmasına dəstək verməyə və Makron rejimindən insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl olunmasını tələb etməyə çağırır.

Siyasi       Tarix: 23 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI

Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılıb

Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini hesab edir. xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib. "Azərbaycanl

Bakının tənqid edən Ankara bura qoşun göndərir – İnanılmaz

Türkiyə İsraillə müharibəyə girmək üçün Qəzzaya ordu yeridir!. Yaxşı, yaxşı, zarafat elədim. Belə bir qərar yoxdur, olacağı da gözlənilmir. Amma əvəzində Türkiyə şiə husilərə qarşı mübarizə üçün Səudiyyə Ərəbistanına qoşu

Türkiyə və İranın Bakıya hücumu: gerçək səbəbi budur

"İran və Türkiyənin Azərbaycana münasibətlərində müşahidə olunan və olunmayan nüanslar var. Zaman keçdikcə bu məsələlərin mahiyyətini araşdırmalarla daha dəqiq ortaya qoymaq lazımdır". KONKRET.azxəbər verir ki

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığ

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko

Ötən həftəsonu Fransada iğtişaşlara çevrilən etiraz aksiyaları ölkə Prezidenti Emmanuel Makronun Avropa Şurasındakı mövqeyini zəiflədib. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "Politiko" mənbələr

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qloba

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi

XIX əsrin sonlarında Yaponiya Qərbin qurduğu dünya nizamına qoşulmağa məcbur oldu. Lakin Avropa dövlətləri yəqin ki, yaponların bu yeni sistemin qaydalarını nə qədər sürətlə mənimsəyəcəyini və qısa müddətdə öz müəllimlərin

20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, həm də milli qürurun, birliyin və qəhrəmanlığın rəmzi kimi yadda qalır. 20 oktyabr – Zəngilan şəhəri günü də bu əlamətdar günlərdəndir


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun sou xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən xəbərlər